Skip to main content

Posts

Sabahın hava proqnozu

Recent posts

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Agamiraz saytının məlumatına görə, bu gün həmçinin 53, 57, 62 və 65 kq çəki dərəcələrində mübarizə aparan qadın güləşçilər mükafat uğrunda yarışır. Yarımfinalda rəqibinə yenilən Alena Kolesnikin (57 kq) “bürünc” şansı davam edib. O, Avropa üçüncüsü olmaq üçün döşək üzərinə çıxıb. Belaruslu Zalina Sidakova üzərində 36 saniyəyə təmiz qələbə qazanan Kolesnik istəyinə nail olub. Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxacaq. Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Ollidən güclü olmağa çalışacaq.

Olimpiadanın final turu keçiriləcək

Mayın 5-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə respublika fənn olimpiadalarının final turu keçiriləcək. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, bu mərhələdə 780 şagird iştirak etmək hüququ qazanıb. Şagirdlər fənlərdən asılı olaraq 2-4 saat ərzində sualları cavablandıracaqlar. Final mərhələdə şagirdlərə fənlərdən asılı olaraq 5-12 sayda açıq tipli sual təqdim ediləcək. Sonda hər fəndən təxminən 30 şagird olmaqla ümumilikdə 240-250 şagird qalib olacaq. İnformatika fənni üzrə olimpiadanın final turu mayın 6-da Bakı Mühəndislik Universitetində keçiriləcək.    Qeyd edək ki, fevralın 4-də bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib. 

Sabah 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, mayın 5-7-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir. Agamiraz ...

Türkiyə və Yunanıstan gəmiləri toqquşub

Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Texnologiyaları Nazirliyi Egey dənizində Türkiyənin yük gəmisi ilə Yunanıstanın hərbi gəmisinin toqquşması faktını təsdiq edib. Trend-in məlumatına görə, qəza səhər saatlarında Lesbos adasının akvatoriyasında qeydə alınıb. Hadisə nəticəsində gəmilər ciddi zərbə alsalar da, heç biri batmayıb. Xəsarət alanların olmadığı bildirilir. Hazırda toqquşmanın təfərrüatları araşdırılır. Agamiraz

Rusiya Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləyir

"Ermənistan asan olmayan siyasi dönəmi yaşayır. Hesab edirəm ki, Ermənistandakı siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistandakı seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin intensivləşməsi imkanının olub-olmaması ilə bağlı suala cavabında bildirib. “Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini müəyyən edəcəklər. Bundan sonra, mənə elə gəlir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərəm ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Ona görə də, bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır", - deyə o vurğulayıb.  (APA)

AB-dən şok etiraf: Gücümüzü itiririk

Avropa beynəlxalq arenada qüvvə itirir. Dünyanın rəhbəri olduğumuzu düşünürük, ancaq əslində kainatın zəif və kiçik bir parçası olduğumuzu unuduruq. Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib. “Mədəni olaraq varıq, ancaq üstünlük təşkil etmirik. Buna görə də hər kəsi daha sadə olmağa və dünyanın geridə qalan hissəsini dinləməyə dəvət edirəm”, - Yunker bildirib.