Skip to main content

Posts

Showing posts from October, 2017

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. 1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual salınıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi h...

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 19-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7001 səviyyəsində müəyyən olunub.

Gürcüstan: yerli seçkilərə 22 partiya və 5 blok qatılıb

Oktyabrın 21-i Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Novator.az-ın məlumatına görə, 5 şəhər və 59 rayonda mer, eləcə də 64 bələdiyyə məclisinin üzvləri (ümumilikdə 2058 deputat) seçiləcək. 3 milyon 440 min 123 seçicinin qeydə alındığı marafona 22 partiya və 5 blok qatılıb. Bələdiyyə məclislərinin 1088 deputatı majoritar sistemlə, 970 üzvü partiya siyahıları üzrə seçiləcək. Mer postları uğrunda mübarizəyə 44-ü qadın olan 378 namizəd qoşulub.