Skip to main content

Posts

Showing posts from February, 2018

"Bakıya bundan sonra qar yağmayacaq" - AMEA-dan qorxulu XƏBƏRDARLIQ

"Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq". Bunu APA-ya Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz  Məmmədov deyib. O bildirib ki, planetin qlobal temperaturu yüksəlir: "Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur. Bunların fəsadlarını həyatımızda mənfi hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar ölür, xəstəliklər azalır. Eyni zamanda, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmayacaq. Qlobal istiləşmə təbii ki, insan sağlamlığında mənfi təsirlərini də göstərəcək".  İnstitut direktoru Xəzər dənizində suyun səviyyəsinin hazırkı vəziyyətinə də toxunub. Onun sözlərinə görə, suyun səviyyəsi ilə bağlı ciddi narahatlıq yoxdur: "Xəzərdə suyun səviyyəs...

İtaliya A Seriyası - liderdən darmadağın

İtaliya A Seriyasında 26-cı tura yekun vurulub. Qol.az-ın  məlumatına görə, son oyun günündə bir görüş keçirilib. Lider "Napoli" səfərdə "Kalyari" ilə qarşılaşıb. Qonaqlar bu görüşdən böyükhesablı qələbə ilə ayrılıb - 5:0. Bu qələbə ilə xalını 69-a çatdıran Neapol təmsilçisi liderliyini möhkəmləndirib. 26 fevral İtaliya A seriyası XXVI tur “Kalyari” – “Napoli” - 0:5 Qollar:  Kalyexon, 29, Mertens, 43, Hamşik, 61, İnsinye, 72-pen. Rui, 90 24 fevral “Bolonya” – “Cenoa” - 2:0 “İnter” – “Benevento” - 2:0 25 fevral “Krotone” – SPAL - 2:3 “Fiorentina” – “Kyevo” - 1:0 “Sampdoriya” – “Udineze” - 2:1 “Sassuolo” – “Latsio” - 0:3 “Verona” – “Torino” - 2:1 “Yuventus” – “Atalanta” (təxirə salınıb) “Roma” – “Milan” - 0:2 1. Napoli 26 22 3 1 60:15 69 2. Yuventus 25 21 2 2 62:15 65 3. Latsio 26 16 4 6 64:33 52 4. Inter 26 14 9 3 42:21 51 5. AS Roma 26 15 5 6 40:21 50 ...

"Arsenal" Vengerin əvəzləyicilərini seçdi

"Arsenal" baş məşqçi vəzifəsinə namizədlər müəyyənləşib. agamiraz-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, mövsümün sonu komandadan ayrılacağı gözlənilən Arsen Vengerin əvəzinə 3 əsas namizəd seçilib. Bunlar "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi Mikel Arteta, "Monako"nun çalışdırıcısı Leonard Jardim, "Seltik"in baş məşqçisi Brendan Rodcersdir. Qeyd edək ki, digər namizədlərin Yoahim Löv (Almaniya) və Paulu Fonseka ("Şaxtoyr") olduğu iddia edilir.

“1 ayın içərisində Ermənistanın ərazisini götürə bilərik” Əli Həsənovdan açıqlama

Əli Həsənovdan sensasion açıqlama “Təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir”. Bunu bu gün Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayındakı çıxışı zamanı Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. PA rəsmisi Azərbaycanın hər il dövlət büdcəsindən üç-dörd milyard dolları bu məqsədlə ayırdığını bildirib: “Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək gücündəyik . İnanın, buna bu gün ordumuzun həm milli iradəsi çatır, həm də ordudakı və Azərbaycan cəmiyyətindəki vətənpərvərlik hissi buna imkan verir. Həm də bütövlükdə texniki, hərbi hazırlığımız o səviyyədədir ki, 1 ayın içərisində...

Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar ...