Skip to main content

Azərbaycanda "Həyat" Fondu yaradıldı - FOTOLAR Azərbaycanda Bölmə : ReportajYayım tarixi : 19/5/2017 [14:46]Baxılıb : 9677 dəfəYardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək Bu gün "Həyat" Fondunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, Fondun təsisçisi və direktoru telejurnalist, "Xeyir" körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur. Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər. "Həyat" Fondunun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək. "Həyat" Fondu yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Ehtiyacı olan insanlar "Həyat" Fondunun internet səhifəsinə (www.heyat.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər. Eyni zamanda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq. Təqdimat mərasimində çıxış edən "Həyat" Fondunun direktoru N. Hüseynov bildirib ki, Fondun həftədə 1 dəfə olmaqla, ATV telekanalında "Həyat" adlı verilişi də nəzərdə tutulub. Veriliş ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, "Həyat" Fondunun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Verilişin aparıcısı N. Hüseynov olacaq. Təqdimat mərasimində çıxış edən aktrisa Həmidə Ömərova Azərbaycan xalqının həmişə xeyirxahlığı ilə fərqləndiyini bildirib: "Çox sevinirəm ki, Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə belə bir işə başlayıb". IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rəsul Çunayev "Həyat" Fonduna fəaliyyətində uğurlar arzulayıb. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M. Quliyev 90-cı illərin əvvəllərində Azərbaycanda səriştəsiz idarəçilik səbəbindən ölkənin acınacaqlı duruma düşdüyünü söyləyib: "Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtdı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir, ölkəmiz inkişaf edir. İlham Əliyev və ailəsi bizim üçün bir nümunədir. Bu gün bizim üçün xoş bir gündür, dostumuzun Fondu fəaliyyətə başlayır. Bu gün bu tədbirdə Leyla Əliyevanın iştirakı "Həyat" Fonduna bir dəstəkdir".

Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, DövlətTəhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Həyat" Fondunun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək.
"Həyat" Fondu yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Ehtiyacı olan insanlar "Həyat" Fondunun internet səhifəsinə (www.heyat.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər.
Eyni zamanda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq. 
Təqdimat mərasimində çıxış edən "Həyat" Fondunun direktoru N. Hüseynov bildirib ki, Fondun həftədə 1 dəfə olmaqla, ATV telekanalında "Həyat" adlı verilişi də nəzərdə tutulub. Veriliş ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, "Həyat" Fondunun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Verilişin aparıcısı N. Hüseynov olacaq.
Təqdimat mərasimində çıxış edən aktrisa Həmidə Ömərova Azərbaycan xalqının həmişə xeyirxahlığı ilə fərqləndiyini bildirib: "Çox sevinirəm ki, Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə belə bir işə başlayıb".
IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rəsul Çunayev "Həyat" Fonduna fəaliyyətində uğurlar arzulayıb.


Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M. Quliyev 90-cı illərin əvvəllərində Azərbaycanda səriştəsiz idarəçilik səbəbindən ölkənin acınacaqlı duruma düşdüyünü söyləyib: "Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtdı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir, ölkəmiz inkişaf edir. İlham Əliyev və ailəsi bizim üçün bir nümunədir. Bu gün bizim üçün xoş bir gündür, dostumuzun Fondu fəaliyyətə başlayır. Bu gün bu tədbirdə Leyla Əliyevanın iştirakı "Həyat" Fonduna bir dəstəkdir".
Tədbir digər çıxışlarla davam edib.



Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.