Skip to main content

Azərbaycanın istehsal etdiyi və düşməni məhv edəcək yeni snayper - FOTOLAR

Bu gün Türkiyədə beynəlxalq müdafiə sənayesi sərgisi başlayır.

İstipress xəbər verir ki, İDEF-2017 may ayının 12-dək Türkiyənin İstanbul şəhərində davam edəcək.

Sərgidə 156 ölkənin müdafiə naziri, 105 ölkənin müdafiə sənayesi naziri, 14 ölkənin müdafiə nazirinin müavini, 7 ölkənin müdafiə sənayesi katibi, 23 ölkədən Baş Qərargah rəisi, 11 ölkədən Quru Qoşunları Komandanı, 29 ölkədən Hərbi Hava Qüvvləri komandanı, 8 ölkədən Jandarma Baş komandanı olmaqla, ümumilikdə 156 ölkədən 353 rəsmi heyət dəvət olunub.

Sərgidə başda Türkiyə olmaqla, 61 ölkədən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək. O cümlədən Azərbaycan.

Azərbaycanı sərgidə Müdafiə Sənayesi Nazirliyi təmsil edəcək. MSN artıq beşinci dəfədir, İDEF sərgisində təmsil olunur. Ötən gün müdafiə naziri Zakir Həsənov da sərgidə iştirak etmək üçün Türkiyəyə yola düşüb. Azərbaycan Müdafiə Sənyesi Nazirliyi (MSN) Türkiyədə keçirilən İDEF-2017 beynəlxalq müdafiə sərgisində “Vaşaq” adlı yeni snayper tüfəngini ilk dəfə nümayişə çıxarıb.

“AzeriDefence”nin məlumata görə, yeni snayper tüfəngi MSN-in stendində “Yalquzaq” və “Yırtıcı” snayper tüfəngləri ilə yanaşı yer alıb. Bu dəfəki sərgidə “İstiqlal” və “Mübariz” snayer tüfəngləri ilk dəfədir ki, yer almır.

Birkalibrli snayper tüfəngi olan “Vaşaq”da zərbə mexanizmini və lüləsini dəyişməklə iki fərqli kalibrdə patronla – 338 Lapua Magnum və 308 Win (7.62×51) patronlardan atəş açmaq imkanı mövcuddur.

Snayper tüfəngi müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silah qatlanan və hündürlüyü tənzimlənən qundağa, ön hissədə ayağa sahibdir. Snayper tüfəngi tək-tək doldurma (bolt action) iş prinsipi ilə işləyir.


Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.