İranda keçirilən prezident seçkilərində məğlub olan İbrahim Rəisi ikinci dəfə prezident seçilmiş Həsən Ruhanini təbrik edib. Lent. Az AzərTAc-a istinadən xəbər verir ki, bu gün bəyanatla çıxış edən İbrahim Rəisi seçkilərdə fəallıq nümayiş etdirən xalqa təşəkkürünü bildirib. O, məğlubiyyətini etiraf edərək yenidən prezident seçilmiş Həsən Ruhaniyə ölkənin iqtisadi problemlərini həlli yolunda uğurlar arzulayıb.
Qərb dövlətləri liderlərindən isə Həsən Ruhanini ilk təbrik edən Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron olub. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel də Həsən Ruhaniyə təbrik ünvanlayıb.
Comments
Post a Comment