Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 72-ci ildönümünə həsr edilmiş hərbi paradda çıxış edərkən bildirib ki, heç bir qüvvə Rusiya xalqını fəth edə bilməz.
Virtualaz.org xəbər verir ki, Putin çıxışında deyib: “Xalqımızı fəth edəcək qüvvə olmayıb, yoxdur və olmayacaq. Xalqımız doğma torpağını müdafiə edərkən ölümlə üz-üzə dayanaraq, qeyri-mümkün olanı bacarmışdı – İkinci Dünya müharibəsinin qanlı təkərini geri çevirmiş və düşməni gəldiyi yerə qədər qovaraq, nasizmi məhv etmiş və vəhşiliklərə son qoymuşdu”.

Comments
Post a Comment