Skip to main content
Həbsdə olan Nadir Səlifov “Kor Hüseyn”ə onun başının üstündən heç bir azərbaycanlıya “qanuni oğru” adı verilməsinin mümkün olmayacağını çatdırıb
Avqustun 18-də Rövşən Canıyevin (“Lənkəranski”) qətlinin bir ili tamam olur. MDB məkanında ən titullu “qanuni oğru”lardan hesab edilən “Lənkəranski”nin İstanbulda öldürülməsindən sonra azərbaycanlılar arasında Nadir Səlifovun (“Lotu Quli”) lider kimi önə çıxacağı gözlənilirdi.

agamiraz bu barade bildirir ki, Azərbaycanlılardan ibarət kriminal dəstələrin 1995-ci ildən həbsdə olan “Lotu Quli”nin ətrafında toplaşması haqda Rusiya mediası da tez-tez yazır. “Lotu Quli” yeni kriminal qruplaşmanın lideri və hazırda o, ən güclü “ordu”ya malik olan “qanuni oğru” kimi təqdim edilir. Məlumatlarda deyilir ki, “Quli” təkcə Moskva və Moskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları deyil, vilayətlərdə, hətta ucqarlarda vaxtilə “Lənkəranski”yə aid digər obyektləri də nəzarətə almağı bacarıb. Maraqlıdır ki, Rusiya hüquq-mühafizə orqanları “Quli”nin daha da güclənməsi ilə kriminal aləmdə yeni savaşın başlayacağını iddia edirdi. Amma görünən budur ki, “Lənkəranski”nin yoxluğu ilə “Quli”yə müqavimət göstərə biləcək güc mərkəzi qalmayıb. İkinci bir tərəfdən, “Quli”də qəfil ortaya çıxmış biri deyil, “qanuni oğru”lar arasında böyük nüfuzu var. 
2013-cü ildə qətlə yetirilən Aslan Usoyan (“Ded Xasan”) klanına yaxın hesab olunan “Quli” bir çox azərbaycanlı “qanuni oğru” ilə ciddi konfliktdə idi. Amma o, bu savaşı böyük itkilər (“Quli”yə yaxın olan bir neçə azərbaycanlı “qanuni oğru” öldürülüb) hesabına olsa belə, qazanmış kimi görünür.

Rusiyanın primecrime.ru saytının məlumatına görə, çeçen “qanun oğru” Hüseyn Əhmədov (“Kor Hüseyn”) öz ad günündə İlyuxa Qaqauzski və Məmmədqulu Muxtarova “qanuni oğru” adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib. Sayt yazır ki, “Quli” “Kor Hüseyn”ə onun başının üstündən heç bir azərbaycanlıya “qanuni oğru” adı verilməsinin mümkün olmayacağını çatdırıb.

Qeyd edək ki, hazırda həbsdə olan “Şakro Molodoy” ləqəbi ilə tanan Zaxari Kalaşov “qanuni oğru” adı verilməsinə moratorium qoyulub. Bu səbəbdən də son illər “qanuni oğru” adı almaq əvvəlki kimi rahat deyil. Məmmədqulu Muxtarovun “Sabirabadlı Hikmət” kimi tanınan, “qanuni oğru”lar sırasında ən nüfuzlardan biri, rəhmətlik Hikmət Muxtarovun qardaşı oğlu olması məsələni qəlizləşdirə bilər. Çünki “Quli” ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem də məhz “Lotu Hikmət”lə bağlı bir hadisədən başlamışdı. Bildirilirdi ki, indi artıq tarix olan Bayıl təcridxanasında “Quli” oğru etiketlərinə zidd olaraq “böyük qardaş”- “Sabirabadlı Hikmət”ə əl qaldırıb.
“Sabirabadlı Hikmət”in sağlığında Moskvada 9 “oğru”nun toplaşdığı “sxodka”da “Quli”nin “oğru” adının alınması bu savaşı daha da böyüdüb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib ki, öldürülənlər sırasında bir çox “qanuni oğru”lar (“Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” və sair...) da olub.

“Kor Hüseyn”ə gəldikdə isə o, 1966-cı ildə Qroznıda anadan olub. “Qanuni oğru” adını 1985-ci ildə Stavropoldakı “Belıy Lebed” adlanan təcridxanada alıb. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib. Hazırda azadlıqdadır.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.