Skip to main content

Rüşvətə görə həbs edilən baş həkim və köməkçisi ifadə verdi

Mətanət Şamçıyeva: “Baş həkim təkid etdi ki, pulu yığıb ona verim”
Hüseyn Həsənov: “Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olub”
agamiraz xeber verir ki
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın məhkəməsi başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən məhkəmə istintaqı açıq elan edilib Prokuror ittiham aktınım nəticəvi hissəsini elan edib.
İttihama münasibət bildirən tibb qeydiyyatçısı Mətanət Şamçıyeva özünü qismən təqsirli bilib. Məhkəmə hər iki şəxsə sərbəst ifadə verməyi təklif edib.
Mətanət Şamçiyeva ifadəsində qeyd edib ki, xəstəxanada arayış vermək üçün sakinlərdən pulu yığıb baş həkimə verib: “Hüseyn özü demişdi ki, pulları yığıb mənə ver. Dekabrdan pul toplanmağa başlamışdı, fevralın 1-nə kimi 2800 manat pul yığılmışdı. Pulun nə vaxt verilməsini baş həkim təyin edirdi. Hüseyn təkid elədi ki, pulu yığıb ona verim, mən də qorxdum ki, yığıb verməsəm, məni işdən qovar. Yığılan pullardan cəmi bir dəfə 40-50 manat mənə verib. Hüseyn müəllim, mədəni adam idi, heç kimi də işdən qovmamışdı, 11 ildir, bir yerdə işləyirdik”.
H.Həsənovun vəkili deyib ki, M.Şamçiyevanın evindən 62 ədəd 5 manatlıqlar aşkar olunub.
M.Şamçiyeva əlavə edib ki, arayışa görə standart pul tələb olunmayıb: “Bir manat verən də var idi, qəpik qoyub gedən də var idi, 5 manat verən də. Vətəndaşlar pulu jurnalın altına qoyurdu. Adamın yanında qaldırıb pulun neçə manat olduğuna baxa bilməzdim axı”.
Mətanət Şamiyeva istintaqa verdiyi ifadəsində bildirib ki, tibb qeydiyyatçısı işləyib: “Arayış vermək qanunla pulsuzdur, heç vaxt pul tələb etməmişəm. Baş həkimin təlimatı ilə vətəndaşlardan pul yığıb baş ona verirdim. Vətəndaşlar pul vermək istəyirdilər, mən götürmədən əvvəl baş həkimə məlumat verdim. O da pulu toplayıb ona verməyimi tapşırdı “.
Daha sonra məhkəmədə ifadə verən sabiq baş həkim Hüseyn Həsənov isə özünü təqsirli bilməyib: “Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olub. O, heç vaxt mənə pul verməyib”.
Təqsirləndirilən şəxs videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi olmadığını da vurğulayıb. O bildirib ki, Mətanət Şamçıyeva müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. “Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim. Heç vaxt üstümdə o qədər pul gəzdirmirəm. Həmin gün isə özümlə həmin pulu götürüb işə gəldim. Mətanət xanım siyahı göstərib dedi ki, filan qədər şkafdı filan. Mənə o maraqlı deyildi. Sonra pulu ona verdim. Mənə demişdi ki, 4-5 aya borcunu qaytaracaq, amma hələ də qaytarmayıb. İnşallah, qaytarar. O görüntülər iki dəfə çəkilib. Əvvəl içəri girən kimi soruşdular ki, bu nə puldu? Mətanət xanım dedi ki, borcdu. Onlar kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar, yarım saat nəsə söhbət etdilər. Sonra mənim otağıma gəldilər, təzədən kameranı qoşdular. Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb”.
M.Şamçiyeva belə bir hal olmadığını, H.Həsənovun yalan danışdığını deyib.
Proses iyulun 13-də davam edəcək.
Rəsmi məlumata əsasən, vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Onların hər ikisinə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub. Baş həkim barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. Mətanət Şamçıyeva barəsində isə “polis nəzarətinə verilmə” qətimkan tədbiri seçilib.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.