Türkiyədə qanunsuz fəaliyyət göstərən online qumarxana və mərc oyunlarına qarşı mübarizə başlayıb.agamiraz-ın “haberler.com”a istinadən yaydığı xəbərə görə, hökumət ailələrin dağılmasına, gəclərin səhv yola düşməsinə səbəb olan və ölkə iqtisadiyyatına zərər vurən qanunsuz qumar və mərc oyunları ilə mübarizə məqsədilə 2 illik plan hazırlayıb. Planda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:
- Qanunsuz qumar və mərc oyunları təşkil edənlərin gəlirləri müsadirə ediləcək;
- Qumar təşkil olunan məkanlar möhürlənəcək;
- Qumar və mərc oyunlarının reklamı qadağan olunacaq, bu cür saytlar bloklanacaq;
- Qumardan qazanılan pulların banklara köçürülməsinə və ya internetlə başqa hesablara göndərilməsinə imkan verilməyəcək;
- Qanunsuz köçürmələrdə bank kartı və ya kredit kartından istifadə mümkün olmayacaq;
- Qanunsuz qumar və mərci təşviq edən saytlar bloklanacaq;
- Qumar saytlarına giriş imkanı yaradan kafelərə ağır cəzalar veriləcək;
- Bu sahədəki hüquq pozuntularını araşdırmaq üçün prokurorluqda xüsusi qrup yaradılacaq;
- Bitcoin, ethereum, ripple kimi ödəmə kanalları əngəllənəcək;
- Online xəbərdarlıq sistemi qurulacaq;
- Qumar-mərc saytlarına daxil olanlara xəbərdarlıq gələcək;
- Axtarış sistemlərinə nəzarət ediləcək;
- Kafelər başda olmaqla, hər yerə xəbərdarlıq məqsədilə afişalar asılacaq;
- Gənclər, uşaqlar maarifləndiriləcək.
Comments
Post a Comment