Skip to main content

ABŞ Çini 301-ci maddə ilə əzmək istəyir

ABŞ prezidenti Donald Trampın ətrafında Çinlə başlana biləcək yeni ticarət müharibəsinin detalları müzakirə olunmaqdadır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ bununla bağlı ötən əsrin 70-ci illərin qanunlarından istifadə etmək niyyətindədir.
Qərb mətbuatının bildirdiyinə görə, hər şey ABŞ və Çinin Şimali Koreya məsələsində uzlaşmasından asılı olacaq.
Mətbuatın bildirdiyinə görə, Ağ Ev bununla bağlı aparılacaq ticarət danışıqlarında Robert Laythayzerin xidmətindən yararlanmaq niyyətindədir.
Bundan başqa, ABŞ 1974-cü ildə qəbul edilən ticarət haqqında qaununun 301-ci maddəsini Çinə tətbiq emtəyi düşünür.
Əgər aparılan təhqiqat zamanı Çin tərəfindən ticarət qanunlarının pozulduğu (dempinq, dövlət subsidiyası, intellektual mülkiyyətin oğurlanması) aşkar edilərsə, o zaman Pekinə qarşı birtərəfli tədbirlərin tətbiqi qaçılmaz olacaq. Bunların içində rüsumların qaldırılması və ABŞ-da ticarət aparmaq üçün lisenziyaların ləğvinə qədər hər şey var.

Mətbuat 1980-ci illərdə ABŞ-ın eyni praktikanı Yaponiyaya qarşı tətbiq etdiyini xatırladır. Həmin vaxtlarda da Vaşinqton Yaponiyanı rəngli televizorların, motosikletlərin və kütləvi tələbat mallarının satışında qaydaları pozmaqda ittiham edirdi.
Robert Laythayzer isə eyni dövrdə, Ronald Reyqan administrasiyasında ABŞ ticarət nümayəndləyinin müavini vəzifəsində çalışırdı. Reyqan Yaponiya ilə ticarət mübahisəsini yoluna qoymağı məhz ona həvalə etmişdi.
Bir çox ekspertlər Laythayzerin Yaponiyanı diz çökdürdüyünü qeyd edirlər.
İndi, üstündən 30 il keçdikdən sonra Ağ Ev eyni tədbirləri Çinə qarşı eyni adam vasitəsilə həyata keçirmək istəyir.
Robert Laythayzer
Lakin bu ABŞ və Çinin üzv olduğu Ümumdünya Ticarət Təşkilatının qoyduğu qaydalara zidir. Belə ki, ÜTT üzvləri arasında idxalat-ixracat problemləri yalnız bu təşkilat daxilində çözülə bilər. Bu səbəbdən ABŞ uzun illərdir ki, həmin 301-ci maddənin tətbiqindən qaçırdı.
Lakin, görünür, ABŞ üçün artıq bu da əngəl sayılmır.
Tramp Çinin Şimali Koreyaya təsir etməməsi halında ticarət müharibəsinin anonsunu elə ilk günlərdən bəyan edib.
Tərəflər arasında Floridada aparılan danışıqlarda Çin ABŞ-dan problemin həlli üçün 100 gün vaxt istəmişdi. Lakin 100 gün keçdikdən sonra Pekin Vaşinqtonu razı sala biləcək nəticələrə nail ola bilməyib.

Bu müddət ərzində ÇXR Şimali Koreyadan gələn bir sıra ixracat mallarının (kömür, dəmir filizi, mis, dəniz məhsulları) dayandırlmasına qərar verib. Lakin Vaşinqton Pekindən Pxenyana neft tədarükünün də kəsilməsini istəyir ki, bu da Kim rejiminn çökməsi deməkdir.
Siyasi və iqtisadi müşahiçədilərin rəyinə görə, ABŞ 301-ci maddə ilə Çinlə həm də olduqca böyük - 347 milyard dollarlıq ticarət kəsirindən qurtulmaq istəyir.
Bundan başqa, ABŞ Çinin 2025-ci ilə qədər dünyanın texnologiya liderinə çevrilmək niyyətini həyəcanla izləyir.
Ağ Ev Çinin bu hədəfini ABŞ-ın intellektual nailiyyətlərini oğurlayaraq həll etmək istədiyini düşünür.
Lakin hələ ki, Vaşinqtonda bu planın tətbiq olunmasına qarşı çıxanlar çoxdur. ABŞ-ın özündə Çin mallarının ölkədə satışını həyata keçirən yüzlərlə şirkət və burada çalışan yüzminlərlə insan var.
Bundan başqa, Çin özü yeni güzəştlərə getməyə hazır olduğunun işarələrini verib.
Siyasi ekspertlərin fikrincə, ABŞ-la aparılacaq ticarət savaşı sentyabrda keçiriləcək Kommunist parityasının qurultayı öncəsi Si Tzinpinin də planlarına daxil deyil.
Musavat.com

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.