Skip to main content

Damla “beh” alıb, toya gəlmədi

Tanınmış müğənni Damla toy üçün ev sahibindən "beh” alıb, son anda toya gəlməyib.
agamiraz xəbər verir ki, bu haqda azxeber.com-a Masallı rayon sakini Elbrus Nurullayev məlumat verib.
Onun dediyinə görə, oğlunun toyunu idarə etmək üçün Damlanın prodüserinə 600 AZN "beh” verib: "İyul ayının 27-də Masallı rayonunun Qızılağac kəndində oğlumun toyu oldu. Toyu idarə etməyi müğənni Damlaya tapşırmaq qərarına gəldik. Onun prodüseri ilə danışıb 600 manat "beh” verdik. Ancaq toyun başlamasına bir neçə dəqiqə qalmış hər birimiz şoka düşdük. Müğənninin prodüseri dedi ki, toya gələ bilməyəcəyik”.

Ev sahibi deyir ki, müğənniyə bütün toyu idarə etmək üçün 4 min AZN verəcəklərmiş: "Biz ona bütün toyu idarə etmək üçün 4 min manat verəcəkdik. Toya bir neçə dəqiqə qalmış Damla mərasimə gəlmədi və mən çıxılmaz vəziyyətdə qaldım. Məcbur olub, gedib, başqa müğənni tapdım. Bu, mənə çox böyük zərbə oldu”.

Damlanın prodüseri Mehin Əliquliyevanın sözlərinə görə, bu cür hallar müğənni ilə çalışmazdan əvvəl baş verib və ola bilər ki, kimsə ifaçının adından istifadə edib.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.