ABŞ və Şimali Koreya arasında başlayan söz müharibəsi onu göstərir ki, Kim Çen İnin təbliğat maşını dayanmadan çalışmaqdadır.
BMT-nin sanksiyalarına “min qat” artıq cavab verəcəyini elan edən rəsmi Pxenyan, maraqlıdır ki, Donald Trampın “atəş və qəzəb” sözlərindən sonra nə reaksiya verəcək?
ABŞ-nin keçmiş dövlət katibinin assistenti işləmiş Pj Kouley bu barədə BBC-yə yazıb. Onun fikrinə görə ilk olaraq əvvəlki təcrübələrə nəzər yetirmək lazımdır.
agamiraz bildirir ki, Şimali Koreya ətrafında gedən terminologiya keçmişdə olduğu kimi işlənir. 1953-cü ildə müharibənin qurtarması üzdə düşmənçiliyin də sonlandığını göstərdi. Lakin reallıq onu göstərir ki, iki ölkə arasında düşmənçilik davam edir.
1994-cü ildə Pxenyan beynəlxalq müfəttişlərin nüvə bazalarının monitorinqini aparmalarına icazə vermədi. Monitorinq Nüvə Silahlarının Yayılmaması haqqında müqaviləyə əsasən aparılacaqdı. Bu hadisə ABŞ və Şimali Koreya arasında müharibənin başlamasına səbəb olacaqdı. Yaranmış böhran diplomatik yolla həll edildi. Şimali Koreya nüvə proqramını dayandırmış kimi görünsə də, son 20 ildə əksinə onun inkişafına nail oldu. Bu müddət ərzində ABŞ və Şimali Koreya arasında isə “siçan-pişik oyunu” oynanmaqdadır.
Beynəlxalq ictimaiyyət Şimali Koreya ilə nüvəsizləşmə müqabilində normal münasibətlər təklif etsə də, Pxenyan buna etiraz etdi. Şimali Koreya həm normal münasibətlər, həm də nüvə silahlarına malik olmaq istədi.
Son illərdə iki əsas dəyişiklik Şimali Koreya probleminin əsas konturlarını dəyişdi.
Birincisi, ABŞ Səddam Hüseyn və Qəddafini devirdikdən sonra Şimali Koreya rejimi gördü ki, nüvə silahı rejimin sığortasıdır. Həm Səddam Hüseyn, həm də Qəddafi nüvə silahlarının qurulmasında təqsirləndirildi. Lakin əslində nə İraq, nə də Liviyada belə bir bazaya rast gəlinmədi. Bu hadisələrdən Pxenyan bir nəticə çıxartdı – nüvə rejimin sığortasıdır.
İkincisi, Kim Çen İl 2011-ci ildə vəfat etdi. Onun yerinə keçən oğlu Kim Çen İn atasından fərqli olaraq nümayişkarənə şəkildə nüvə proqramını inkişaf etdirməyə başladı.
Kouley hesab edir ki, Tramp administrasiyası daha da pisləşən vəziyyətlə bağlı qərar qəbul etməlidir. Administrasiya nə ilə yaşaya və yaxud yaşaya bilməyəcəyini məyyənləşdirməlidir.
Digər tərəfdən, müəllif yazır ki, Tramp Şimali Koreya probleminin mürəkkəbliyini və hansı risklər vəd etdiyini diqqətə almayıb. O, istənilən yolla bu problemin həllinə söz versə də, siyasi reallıqları nəzərə almayıb.
Kouley qeyd edib ki, Trampın “qəzəb və atəş” təhdidi yeni bir şey deyil. Yəni ABŞ bu və ya digər formada hər zaman qeyd edib ki, əgər Şimali Koreya hücum etsə, rejim mövcudluğunu itirəcək. Yəni Trampın bu sözləri ehtimal ki, Şimali Koreyanın hücumuna qarşı önləm almaq deməkdir.
Lakin hər hansı bir formada əgər hərbi müdaxilə olarsa, bu minlərlə Yaponiya və Cənubi Koreya vətəndaşının həyatını təhlükəyə atmaq deməkdir. Çünki Şimali Koreya çox güman ki, cavab atəşi açacaq.
Kouley gedən prosesdə ABŞ diplomatiyasının uğurlu yol qət etmədiyini də qeyd edib. O, bildirib ki, diplomatiyanın uğursuzluğu müharibəyə səbəb ola bilər.
Dövlət katibi Reks Tillerson son keçirdiyi press-brifinqdə bildirib ki, ABŞ Şimali Koreya ilə dialoqa hazırdır. Bunun üçün isə Şimali Koreya nüvə proqramını dayandırmalıdır. Lakin rəsmi Pxenyan yeni sanksiyalara etiraz etdiy kimi, bu şərtlərə də razı olmayacaq.
Çin Tillersonun təklifini dəstəkləsə də, Şimali Koreya liderini rəsmi Pekinin nə düşündüyü maraqlandırmır.
Təhlükə isə odur ki, həddindən artıq isinmiş ritorika hərbi hərəkətlənməyə səbəb ola bilər. Şimali Koreya sanksiyalara cavab verəcəyini deyir. Tramp “qəzəb və atəş” deyir. Trampın bu sözlərinin arxasında kimin durduğu isə məlum deyil.
agamiraz

Comments
Post a Comment