Skip to main content

Məktəbli ləvazimatları valideynlərin cibini “yandırır” - Qiymətlər

Bir uşağı məktəbə yola salmaq valideynlərə azı 200 manata başa gəlir…

Yeni tədris ilinin başlamasına 10 gün qalıb. Övladını məktəbə yola salacaq valideynlər son hazırlıqlarını görür, yarımçıq qalmış məktəb alış-verişini tamamlayır. Adətən dərs başlamağa sayılı günlər qalanda məktəbli ləvazimatlarının qiymətlərində artım müşahidə edilir.
Bu sahədə son vəziyyəti öyrənmək üçün “28 may” metro stansiyası yaxınlığındakı məktəbli yarmarkasına baş çəkdik. İlk olaraq alıcıların azlığı diqqətimizi cəlb etdi. Görünür ki, bir çox valideynlər artıq bazarlıqlarını ediblər. Qiymətlərə gəlincə məktəbli çantaları 15-130 manat arası, 12 vərəqli dəftərlər 15 qəpik, 40 vərəqli dəftər 35 qəpik, 60 vərəqli dəftər isə 55 qəpiyə satılırdı. Rəngli karandaşların qiyməti 2-8 manat arasında dəyişirdi. Penalar 2-6 manat arasında dəyişirdi. Məktəblilər üçün su qabı isə 2 manatdan başlayır. Qiymətlər məhsulların Türkiyə və ya Çin istehsalı olmasına görə dəyişir. Satıcılar digər yerlərlə yarmarkadakı qiymətlər arasında 5-10 faiz fərq olduğunu deyirdilər: “İlkin görünüşdə 5 qəpik az görünə bilər. Ancaq valideyn 1 dəftər, 1 qələm almır. Bir neçə məktəb ləvazimatından 5 qəpik qalanda bu xeyli pul edir. Həmin pula da başqa bir məktəb ləvazimatı almaq olar”.
Digər satıcı Elvin İbrahimov isə alıcıların qıtlığından şikayət etdi: “Alıcılar olduqca azdır. Gəlib baxırlar, gəzirlər, burdan da ucuz yer axtarırlar. Bəzən bizdən endirim etməyimizi istəyirlər. Bu isə bizə sərf etmir. Çünki hər malın üstündən bizə qəpik-quruş qalır. Heç burada səhərdən axşama qədər dayanmağın əziyyətini qazandığımız qarşılamır. Elə valideynlər olur ki, deyir 10 manata çanta ver, amma Türkiyənin olsun, keyfiyyətli olsun, ən azı 3 il uşaq götürə bilsin. Axı bu mümkün deyil. Bunlar da yaxşı çantalardır, amma valideynlərin istədiyi kriteriyalarda deyil. Yaxşı çantalar 50 manatdan başlayır, 130-140 manata qədər davam edir. Al, 3 hətta 4 il götür. Nəsə olsa, cırılsa biz cavabdehik”.
Alıcılar arasında yarmarkalarla mağaza və digər yerlər arasında qiymət baxımından elə də bir fərq olmadığını deyənlər də vardı, bunun əksini düşünənlər də. Alıcı Zəminə Əliyeva qiymətlərdən narazı idi: “İki övladımı məktəbə yola salmalıyam. Bu isə o deməkdir ki, hər şeydən iki-iki almalıyam. Aylıq büdcəmiz isə 350 manatdır. Bununla uşaqlara məktəb bazarlığı edək, yoxsa onlara yemək alaq. Çox çətindir. Qiymətlərdə isə bir fərq görmürəm. Keyfiyyətli mallar bahadır. Keyfiyyətsiz çanta alım, 5-6 aya cırılsın, sonra məcbur yenə almalı olacağam. Ona görə də elə bir dəfəlik almaq yaxşıdır”.
Digər bir alıcı Nihat Məmmədov isə qiymətlərin münasib olduğunu dedi: “Demək olar ki, hər şeyi bu yarmarkadan aldıq. Çantadan tutmuş qələmə kimi qiymətlərin çox səmtli olduğunu düşünürəm. Bir uşaq üçün məktəb alış-verişinə 150 manat pulum çıxdı”.
Müşahidələrimizdən belə aydın olur ki, məktəbli geyimi və ləvazimatları ilə birlikdə bir şagirdin məktəbə yola salınması valideynə minimum 200 manata başa gəlir.
Qeyd edək ki, bir müddət öncə “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin rəisi Etibar Əzimov məktəbli geyimlərinin də qiymətlərini açıqlayaraq yuxarı siniflər üçün 46, aşağı siniflər üçünsə 40 manat olduğunu bildirmişdi. E.Əzimov valideynlərə səslənərək baha qiymətə satılan məktəbli geyimlərini almamağı, üzərində yalnız “Bakı Tikiş Evi”nin emblemi olan və yuxarıda qeyd edilən qiymətə olan geyimləri almağı tövsiyə edib. “Bakı Tikiş Evi”nə məxsus olan məktəbli formalarını haradan almaq məsələsinə gəlincə isə yaşadığınız ünvandan istənilən vaxt 012 597-45-39 nömrəli qaynar xəttə zəng etməklə sizə yaxın olan ünvanı seçə və ya bu formalarla bağlı iradınızı bildirə bilərsiniz. Xatırladaq ki, paytaxtda, o cümlədən rayonlarda məktəbli formalarının qiyməti olduqca baha, öz qiymətindən 20-30 manat baha satılır.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.