Ankara və Astana qarşılıqlı ticarət səviyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır.
Axar.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, iki ölkə arasında olan ticarət səviyyəsi bu gün 2 milyard dollar təşkil edir:
"Düşünürəm ki, bu, son rəqəm deyil. Belə ki, bizim məqsədimiz ticarət səviyyəsini 5 milyarda yüksəltməkdir. Bunun üçün Qazaxıstanın da, Türkiyənin də yetərincə potensialı var. Biz nəinki ticarət, həm də iqtisadi, mədəni, siyasi, hərbi məsələlərdə də əməkdaşlığımızın inkişafına can atacağıq".
Qeyd edək ki, Astanada Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə İslam Əməkdaşlıq Şurasının Elm və Texnologiya üzrə sammiti keçiriləcək. Bununla bağlı Türkiyə Prezidenti Ərdoğan ötən gün Astanaya səfər edib.
Azərbaycan Prezidenti İlham Əliyevin isə Qazaxıstan səfəri bu gün başlayıb.

Comments
Post a Comment