Gəncə şəhərində 51 yaşlı qadını qatar vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızı dəmir yolu xətti üzərindən qarşı tərəfə keçərkən baş verib.
Ağır kəllə-beyin travması alan qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.

Comments
Post a Comment