Skip to main content

Trampın otağına 5 fahişə göndərmək istəyən kim olub?

ABŞ prezidenti Donald Trampın 2013-cü ildə Araz Ağalarovla birlikdə “Kainat Gözəli” müsabiqəsi keçirmək üçün Moskvaya səfəri zamanı rusiyalı təşkilatçılardan birinin onun otağına beş fahişə göndərmək təklifi barədə Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsində danışılanlar qalmaqal yaradıb.
Xatırladaq ki, komitədə keçirilən qapalı dinləmələr zamanı Trampın keçmiş cangüdəni Keyt Şiller Moskvada rusiyalı təşkilatçılardan birinin ona axşam Trampın “Ritz Carlton” otelindəki nömrəsinə beş qadın göndərəcəyini dediyini açıqlayıb. Lakin Şiller deyib ki, o, dərhal bu təklifi rədd edib. Habelə axşam bu barədə Trampa danışanda onun güldüyünü, təklifə əhəmiyyət vermədiyini deyib. Ancaq keçmiş cangüdən bildirib ki, bütün gecəni Trampın qapısı ağzında növbə çəkməyib və bu səbəbdən otaqda nə baş verdiyindən əmin deyil.
Şillerin bu ifadəsini NBC telekanalına sızdırıblar. Telekanala təqdim etdiyi bəyanatda onun vəkili Stuart Sears onun müştərisinin Konqresə verdiyi məxfi informasiyanı mediaya sızdıranları tənqid edib. "Sədr və komitənin vəzifəli üzvü cənab Şillerin ifadəsinin saxtalaşdırılmış və azdırıcı versiyasını sızdıranların təhqiq edilib məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər" -vəkil deyib.
 Konqres komitəsi Rusiya hökuməti ilə Donald Trampın seçki kampaniyası arasında mümkün sövdələşməni araşdıran çoxsaylı qurumlaran biridir.
Bu araşdırmalar zamanı, habelə Trampın Moskvada olarkən yaraşmayan hərəkətlərinə dair iddiaları irəli sürən dosye də təhqiq olunur. NBC-nin reportajında Trampın otel nömrəsinə beş qadın göndərmək istədiyi iddia edilən şəxsin kimliyi bildirilmir.
Lakin "The Independent" yazır ki, iyul ayında “Associated Press” Moskvada keçirilən “Kainat gözəli” yarışı zamanı rusiyalı pop ulduzu Emin Ağalarovun Trampın otel otağına fahişələr göndərməyi təklif etdiyini bildirirdi.
Agentlik yazırdı ki, Keyt Şiller Ağalarovun bu təklifini rədd edib. Məqalədə deyilir ki, Emin Ağalarovun həm də Donald Trampın böyük oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskayanın görüşünü təşkil etdiyi xəbər verilirdi. Vəkil Hillari Klintonun barəsində kompromatlara malik olduğuna inandıraraq Trampın oğlu ilə görüşüb (BBC).

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.