Rusiyalı sahibkar, ictimai xadim və publisist Mixail Xodorkovski Kseniya Sobçakın seçki kompaniyasına pul yatırmaqdan imtina edib.
Axar.az xəbər verir ki, bu barədə "Novaya Qazeta" məlumat yayıb.
"Hesab edirəm ki, bu seçkilər seçkisizdir. Ona görə də belə bir kampaniyanın maliyyələşdirilməsinin heç bir mənası yoxdur. Sobçak Kremlin razılığı ilə siyasi rolunu oynayır", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Sobçak özünün və razılaşdıqları iş adamlarının pulunu seçki kampaniyasına cəlb etməyə hazır olduğunu söyləmişdi.
agamiraz

Comments
Post a Comment