Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei əfv sərəncamı imzalayıb.
AZƏRTAC Ali Rəhbərin administrasiyasına istinadla xəbər verir ki, İranın məhkəmə hakimiyyətinin təqdimatına əsasən humanizm prinsiplərini əsas tutan Ali Rəhbər 1007 nəfər məhbusu əfv edib.
Əfv olunanların bir qismi cəzasının çəkilməmiş hissəsindən azad edilib, digər qisminin isə cəzası yüngülləşdirilib.

Comments
Post a Comment