Skip to main content

Rəşad Sadıqov “Qarabağ”dakı işindən ayrılacaq – Açıqlama

Azərbaycanın U-21 və U-20 yığmalarının baş məşqçisi təyin olunan Rəşad Sadıqov bununla bağlı fikirlərini bölüşüb.
“Bizimyol.info” xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən “Qarabağ”ın kapitanı bunları söyləyib:
“İlk növbədə, mənə inanıb etimad göstərdiyinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Millidə çalışmaq həm qürurverici, həm də çox məsuliyyətlidir. Əvvəlcə mənə yalnız U-20 yığmasını çalışdırmaq təklif olunmuşdu. Ancaq sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Qurban müəllimlə görüşümüz oldu və U-21 yığmasının da baş məşqçisi olmağımı istədiklərini dedilər.
Qurban müəllim milli komandalar arasında yeniyetmə və gənclərin itməməsi, daim beynəlxalq oyun təcrübəsinə malik olması üçün U-18 və U-20 yığmasının yaradılmasını istədi. Bildiyiniz kimi, U-20 yığmasına cəlb olunacaq 1998 və 1999-cu il təvəllüdlü futbolçular növbəti seçmə mərhələdən artıq U-21 yığmasına keçəcək. Həm də nəzərə almalıyıq ki, seçmə mərhələnin başa çatmasına az qalıb və indidən növbəti yaş qrupunu hazırlamaq lazımdır. Bu məqsədlə hər iki yığmanı mənə həvalə etdilər. Qarşıdakı oyunlarda həm də növbəti seçmə mərhələ üçün komandanı formalaşdırmağa çalışacam. 1998 və 1999-cu il təvəllüdlü futbolçulardan ən yaxşılarını təcrübə qazanmaları üçün U-21 yığmasına da cəlb edəcəyik. Futbolçuların seçimi ən çox diqqət yetirməli olduğumuz məqamdır. Milli komandaya işini sevən, qarşısına böyük məqsədlər qoyan və milli formaya dəyər verən futbolçular dəvət alacaq. U-20 yığmasındakı fəaliyyətim əsasən may ayından sonra başlayacaq. Yoxlama oyunları keçirməyi planlaşdırırıq. Növbəti seçmə mərhələyə qədər komandanı formalaşdırmağa çalışacam. Bundan sonra isə həm U-20, həm də U-21 yığmasının baş məşqçisi ayrı olacaq. “Qarabağ”ın U-19 komandasındakı işimə gəlincə, oradakı fəaliyyətimi başa vuracam”.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.