Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ ABŞ rəsmilərinin “İŞİD-lə mübarizəyə fokuslanaq”, sözlərinin arxasındakı qorxunc planı açıqlayıb.
Bəkir Bozdağ deyib ki, İŞİD terror təşkilatı bölgədəki siyasi hədəflərin həyata keçirilməsi üçün istifadə edilən alətdir.
Baş nazirin müavini bildirib ki, İŞİD-lə mübarizəni ABŞ təkbaşına aparmır, bu terror təşkilatı ilə bütün dünya vuruşur: “”Fərat qalxanı” hərəkatı zamanı 3 min İŞİD terrorçusunu məhv edən Türkiyə silahlı qüvvələridir. Başika düşərgəsini İŞİD-ə qarşı quran və orada minə yaxın İŞİD terrorçusunu məhv edən yenə TSQ-dir”.
Hökumət sözçüsü İŞİD bəhanəsi ilə yeni bir oyun qurulduğunu bəyan edib: Bundan sonra İŞİD terrorçularını təşkilatlandırıb, yaxın günlərdə yeni bir teatr tamaşası ilə dünyanın önünə qoya bilərlər və deyərlər ki, “baxın, Türkiyə Afrin bölgəsinə girdi, İŞİD-ə fokuslanın dedik, amma fokuslanma zəiflədi, İŞİD Rakkaya doğru yenidən hərəkət edir””.
Bəkir Bozdağ deyib ki, bu cür hiyləgərliklə heç kim Türkiyənin haqlı mücadiləsini haqsız vəziyyətə gətirə bilməz.

Comments
Post a Comment