A9 kanalında yayımlanan və mübahisələrə səbəb olan “Adnan Oktarla Söhbətlər” verilişinə daha xanımlar çıxmayacaq.
Minval.Az saytına müsahibə verən Adnan Oktar belə deyib:
“Xanımların verilişdə rəqs etməyini istəmədiklərini deyirdilər, biz nə etdik? Razılaşdıq, xanım dostlarımız daha televiziyaya çıxmırlar, çıxmayacaqlar da… Problem kökündən həll olundu, bu qədər sadə. Yəni 15 qızın geyimi, rəqsi dərd idisə, biz onu da həll etdik”.

Comments
Post a Comment