Skip to main content

Qlobal fəlakətlə bağlı qorxulu proqnozlar

Amerikalı alimlərdən ibarət qrup dəniz səviyyəsinin yarım metrdən çox qalxmasına görə XXI əsrin sonunda bütün dünyanın sahilyanı şəhərlərinin su altında qalacağını bildirib.
Oxu.Az bildirir ki, alimlərin məqaləsi “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Mütəxəssislər dəniz səviyyəsinin artımını qabaqcadan xəbər verən iqlim modelləri hazırlamaq üçün son 25 il ərzində peyklər vasitəsilə toplanan məlumatları təhlil edib.
Məlum olub ki, 1993-cü ildən bəri dünya okeanında su səviyyəsinin qalxması əlavə olaraq ilə 0.084 millimetrə qədər sürətlənib. Bu müddət ərzində orta artımın ilə 2.9 millimetr olduğunu nəzərə alsaq, 2005-2100-cü illərdə su səviyyəsi bu sürətlə 65 santimetr qalxacaq.
Yeni tədqiqatda alimlər qlobal istiləşmə, buzların əriməsi, həmçinin vulkanların təsirilə əlaqədar okean tutumunun genişlənməsini qiymətləndirib.
Cənubi Florida, Banqladeş, Şanxay və Vaşinqtonun bir hissəsini su altında qoyacaq daşqının əsas səbəbi qlobal istiləşmənin təsiri altında Qrenlandiya və Antarktidadakı buzlaqların sürətlə əriməsidir.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.