WhatsApp istifadəçilərinin uzun müddətdir gözlədiyi bu xidməti ilk dəfə Hindistanda istifadə etmək üçün təqdim edib. Ödəmə xidməti vasitəsilə WhatsApp istifadəçiləri Android və İOS sistemləri üzərindən rahat və sürətli şəkildə bir-birlərinə pul göndərə biləcəklər. Yeni ödəmə sisteminin adı “WhatsApp Payments” olacaq.
Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Comments
Post a Comment