Yeni Kaledoniya Konqresində Fransadan müstəqillik haqqında referendumun bu il noyabrın 4-də keçirilməsi səs çoxluğu ilə təsdiqlənib. Bu barədə "İnterfaks" xəbər verir.
Referendumun lehinə 38, əleyhinə 14 deputat səs verib, 2 nəfər bitərəf qalıb.
Referendum 1998-ci ilin Numea sazişi çərçivəsində təşkil olunacaq. Müstəqillik müdafiə, təhlükəsizlik, ədliyyə və valyuta ilə bağlı sahələr istisna olmaqla bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur.
Yeni Kaledoniya – Fransanın Sakit Okeanda yerləşən xarici ərazisidir. 1998-ci ildə arxipelaqda müstəqillik haqqında referendum keçirilib. O vaxt yerli sakinlər siyasətçilərin təşəbbüsünü dəstəkləməyiblər.

Comments
Post a Comment