Skip to main content

ABŞ səfiri: BMT-yə nifrət edirəm

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bu təşkilatda daha əvvəl ölkəni təmsil etmiş və hazırda prezidentin müşaviri olan Con Bolton kimi, BMT-yə nifrət etdiyini bildirib.
APA-nın xəbərinə görə, bu barədə o, Şimali Karolina ştatında yerləşən Duk Universitetində (Duke University) tələbələrin suallarını cavablandırarkən deyib.
N. Heyli BMT-ni 2014-cü ildə Rusiya Krımı işğal və ilhaq etdiyi zaman, eləcə də Suriya məsələsində və Skripal olayında fəaliyyətsizlikdə günahlandırıb: “2014-cü ildə Rusiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avropanın sərhədlərini pozaraq Ukrayna ərazisinə müdaxilə edib, Krımı udarkən BMT dayanıb baxırdı. Rusiya öz əməllərini Ukraynanın şərqində davam etdirir”.
N. Heyli Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızının zəhərlənməsinə toxunaraq qeyd edib ki, Rusiyanın bu hadisə ilə əlaqəsi, eləcə də Suriyadakı fəaliyyətinə BMT tərəfindən lazımi reaksiya verilmir, halbuki beynəlxalq ictimaiyyət xüsusən Skripal məsələsində vahid mövqeyə malikdir: “Kim deyir ki, Rusiya belə şey edə bilməz? Belə hadisələr Nyu Yorkda, Vaşinqtonda və ya Şimali Karolinada da baş verə bilər”.
Qeyd edək ki, ABŞ prezidentinin yeni milli təhlükəsizlik müşaviri Con Bolton kiçik Corc Buş dövründə BMT-də səfir olub. O, təşkilatın siyasiləşdiyini və qeyri-effektiv olduğunu bildirib.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.