Skip to main content

Alman professor: "AFR-də sələfilərin sayının artması dayandırılıb"

Almaniyada sələfilərin sayı daha artmır. İslamşünas Mixael Kiferin fikrincə, bu, “İslam dövləti”nin İraqda və Suriyada məğlubiyyətə uğraması ilə bağlıdır.
Osnabryuk Universitetində çalışan professor Kifer radikallaşmanın profilaktikası məsələləri ilə məşğuldur. AZƏRTAC xəbər verir ki, ekspert Almaniyada sələfilərin sayında artımın yavaşımasının səbəbləri və gənclərdə radikallaşma baxışlarına qarşı hansı tədbirlərin köməyi ilə mübarizə aparmağın mümkün olması barədə fikirlərini bölüşüb.
Professor deyib: “Mənim fikrimcə, sələfilərin sayı daha artmır. Bu onunla bağlıdır ki, “İslam dövləti” İraqda və Suriyada ciddi məğlubiyyətlərə uğrayıb. Onun əsas təbliğat şüarı belə idi: “Biz savaşlar savaşına, final savaşına başlamışıq”. Bu layihə uğursuz oldu. 2013-2014-cü illərdə belə təsəvvür yaranmışdı ki, “İslam dövləti”nin fəal hərəkətləri bu qruplaşmanın tərəfdarlarını səfərbər edəcək. İndi isə belə deməyə əsas var ki, çoxsaylı məğlubiyyətlər həmin qruplaşmaları pərən-pərən salır. Buna görə hesab edirəm ki, yaxın bir neçə ayda islamçıların sayı artmayacaq”.
M.Kiferin fikrincə, sələfilər “Dünya xilafəti” ideyasının məğlub olması faktının mənasını dərk etməyə çalışır və yerlərdə fəallığı artırmaq, şəbəkə infrastrukturunu inkişaf etdirmək kimi tədbirlərə çağırırlar. Belə tədbirlər əsasən sosial şəbəkələrin, vatsap messencerinin və digər rabitə kanallarının köməyi ilə həyata keçirilir. Əlbəttə, könüllü radikal təbliğatçılar da var və onlar insanları bu qruplaşmaya cəlb etməyə çalışırlar, lakin böyük məqsəd artıq itirilib. İndi onlar hələlik mövcud olanları qoruyub saxlamaq üçün yeni strategiya hazırlayırlar.
Professor deyir: “Radikallaşma heç vaxt eyni sxem üzrə baş vermir, lakin inamla demək olar ki, bu proses həmişə qrup şəklində cərəyan edir. Onda heç vaxt bir adam iştirak etmir. Radikallaşmaya qoşulmuş gənclərin bəzilərini siz artıq neçə ildir ki, tanıyırsınız. Bunlar sizin yaxın qohumlarınız, məktəbin aşağı sinfində bərabər oxuduğunuz insanlar, hətta uşaq bağçasından tanıdığınız dostlar ola bilər”.
Müəyyən andan etibarən xoşagəlməz qrup dinamikası müşahidə olunur. Bəzən bu qrupların daxilində insanlar bir-biri ilə rəqabət aparmağa başlayırlar – hər kəs başqalarından daha radikal olmağa çalışır. Belə hallarda radikallaşma prosesinin qarşısını almaq çox çətindir.
Bəs bu prosesin qarşısını almaq üçün nə etmək lazımdır?
Professorun fikrincə, ilk siqnallar yaranan kimi, dərhal mübarizə tədbirlərinə başlamaq lazımdır. Bu dəyişikliklər prosesi ildırım sürəti ilə deyil, tədricən baş verir. Bunun əlamətlərini düzgün şərh etməyi bacarmaq çox vacibdir. İlk növbədə müəllimlər, sosial işçilər, valideynlər, dostlar həmişə sayıq olmalıdırlar. “Nə olub? Sən nə edirsən? Vaxtını harada keçirirsən?” suallarını vaxtında vermək lazımdır. Bundan sonra dərhal fəaliyyətə başlamaq lazımdır. Onda gənclər anlayacaqlar ki, yaxınları onların qeydinə qalırlar. Yeniyetmələr görməlidirlər ki, onların yanında kimsə var. Zəruri hallarda dərhal müdaxilə etmək, bəzi hərəkətləri qadağan etmək lazımdır.
Bununla belə, professor Kifer əmindir: “Bu məsələdə uğur qazanmaq üçün resept yoxdur. Hər bir konkret halda şəraitə uyğun hərəkət etmək lazımdır. Bunun üçün vaxt tələb olunur, lakin hər iş düzgün görülsə, uğur qazanmaq olar”.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.