Skip to main content

Dövlət Bağçalı Türkiyədə prezident və parlament seçkilərinin vaxtını elan etdi -26 avqust

Türkiyə prezidenti: “Bu məsələni sabah MHP sədri ilə görüşüb müzakirə edəcəyik”

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı partiyasının parlamentdəki fraksiyasının tolantısında sensasion bəyanat verib.
O, 2019-cu ildə keçirilməsi gözlənilən president və parlament seçkilərinin daha əvvəlki tarixə alınmasını təklif edib.
“Türkiyə 2019-cu il noyabrın 3-nə qədər seçkini gözləyə bilməz. İstədiyiniz seçkidirsə, “bu meydan, bu da şeytan”. 2018-ci ilin avqustun 26-da, yəni Malazgirt zəfəri ilə (1271) və Böyük Hücumun (1922) ildönümləri günündə türk milləti yeni bir zəfər ruhu ilə sandığa gedib həm prezidentini, həm də parlamentini seçməklə türk və Türkiyə düşmənlərinə dərsini verəcəkdir”, - Bağçalı bəyan edib.
“Dövlətin birliyinə zərbə vuranlar buna peşman edilməlidir”, - deyən Bağçalı çıxışını bu cümlələrlə davam edib:
“Daxili və xarici qüvvələrin qərəz dolu etirazlarına rəğmən millətimiz prezident üsul-idarəsini qəbul edib. Həmin vaxt heç bir xarici təsir işə yaramayıb, millətin iradəsinə qalib gəlinməyib. Prezident üsul idarəsi xalqın namusunun əmanətidir”.
Dövlət Bağçalı həmin ilin martın 31-də keçirilməsi planlanan bələdiyyə seçkilərinin bir sonrakı prezidentt və parlament seçkiləri öncəsi qütbləşməni şiddətləndirəcəyini , bu səbəbdən son ikisinin daha əvvələ alınmasının doğru olacağını bildirib.
MHP sədrinin çağırışına ölkənin 1-ci şəxsindən, prezident Rəcəp Tayyib Ərdoğandan reaksiya gəlib.
Prezident “indiki anda söylənəcək bir şey yoxdur. MHP sədri Dövlət Bağçalı ilə sabah məsələni görüşüb müzakirə edəcəyəm” deyə bildirib.
Agamiraz

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.