Skip to main content

İlham Əliyev: “Azərbaycan müstəqil siyasət yürüdür”

Prezident İlham Əliyev TASS İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan öz milli maraqlarına uyğun siyasət aparır:”Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Birləşmiş Millətlər Təşkilatının üzvlərinin mütləq əksəriyyəti deməkdir. Bu onu göstərir ki, biz qısa müstəqillik dövründə dünyaya özümüzü böyük hörmət sahibi olan etibarlı ölkə kimi göstərə bilmişik. Biz xarici siyasətdə həmişə öz milli maraqlarımızı əsas götürmüşük və bu gün də belədir”.
Prezident xarici siyasəti şərh edərkən bildirib ki, Azərbaycanın tərəfdaşlarımızla fikir ayrılıqları münasibətlərin strateji xarakteriinə təsir göstərmir: “Biz öz xarici siyasətimizi lap əvvəldən elə planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya hamı üçün məqbul olsun. Bizim ənənəvi tərəfdaşlarımızla prinsipial xarakterli bir sıra məsələlər barəsində fikir ayrılıqları az deyil. Lakin bu, münasibətlərin başlıca, strateji xarakterini, bu münasibətlərin həm bizim üçün, həm də tərəfdaşlarımız üçün əhəmiyyətini görməyə və nəticəyə yönəlməyə mane olmur”.
O deyib ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir. Eyni zamanda Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur: “Bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün ölkələrlə münasibətlərimiz yaxşı olsun, lakin bu, hansısa birtərəfli güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir. Məncə, bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur. Bizim qonşularla çox yaxşı və sıx, mehriban münasibətlərimiz var, onlar da bizə yaxşı münasibət bəsləyirlər. Buna görə də bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb. Məncə, əsas vəzifə bu müsbət inkişaf vektorunu qoruyub saxlamaqdır. Bu, regional sabitliyin möhkəmləndirilməsinə şərait yaradacaq”.
Agamiraz

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.