Skip to main content

Mətbuat Şurası: “Qaynar xətt”ə 1 müraciət daxil olub

Mətbuat Şurasının prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqi ilə bağlı məlumat yayıb.

Şuradan APA-ya verilən məlumata görə, saat 08.00-dan 12.00-dək prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub.
“İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci, 21 saylı Nəsimi birinci, Şuranın İdarə Heyətinin üzvləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 9 saylı Binəqədi birinci, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 30 saylı Suraxanı birinci, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı 20 saylı Nərimanov ikinci, “APA holdinq”in rəhbəri Vüsalə Mahirqızı və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 26 saylı Sabunçu birinci, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət 33 saylı Xətai birinci və 34 saylı Xətai ikinci, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 saylı Yasamal birinci və 14 saylı Xəzər, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 29 saylı Səbail, “Azadinform” İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev 10 saylı Binəqədi üçüncü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov 45 saylı Abşeron, Milli Məclisin deputatı Cavanşir Feyziyev 22 saylı Nəsimi ikinci, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 16 saylı Yasamal ikinci seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını, hər hansı maneənin qeydə alınmadığını bildirblər”, - Şuranın məlumatında deyilir.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının (012) 441 35 96, (012) 441 35 30, (050) 534 93 26 və (055) 201 99 26 telefon nömrələri prezident seçkiləri ilə əlaqədar olaraq “qaynar xətt” rejimində fəaliyyətdədir.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.