Skip to main content

Tramp Suriyanı ikinci dəfə bombalamağa hazırlaşır

Suriyada müəyyən olunmuş 22 hədəfin vurulması vətəndaş müharibəsini daha da şiddətləndirəcək, artıq müxaliflər yeni hücum planı hazırlayıblar
Suriyada növbəti kimyəvi silah iddiaları bu ölkəyə ABŞ-ın hərbi müdaxiləsi ilə nəticələnə bilər. Aprelin 9-da toplanan BMT TŞ Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma qəsəbəsində hökumət qüvvələrinin kimyəvi silahdan istifadəsi iddialarını müzakirə edib. Müzakirələr bir neçə saat davam edib, Rusiya və Suriya təmsilçisi ilə ABŞ, Britaniya və Fransa təmsilçiləri arasında qarşılıqlı ittihamlarla yadda qalıb.
Xatırladaq ki, ötən həftənin şənbə günü axşam Şərqi Qutanın sonuncu məntəqəsi olan Dumada kimyəvi silah istifadə olunub. İlkin məlumatlara əsasən, hücum nəticəsində 70 nəfər ölüb, bir neçə yüz nəfər, bəzi məlumatlara görə, 500 nəfər zəhərlənib. Qərb ölkələri, o cümlədən Türkiyə və ərəb ölkələri hücuma görə Suriya hökumətini ittiham edib. Rusiya və Suriya hökuməti isə ittihamları rədd edir.
ABŞ prezidenti Donald Tramp isə kimyəvi silah istifadəsinə görə, Bəşər Əsədlə yanaşı Rusiya və İranı ittiham edib, onların da cavab verməli olacağını bildirib. Eyni zamanda ilk dəfə Putini də açıq şəkildə ittiham edib. Tramp bəyan edib ki, yaxın iki gün ərzində Suriya ilə bağlı qərar verəcək və variantlar arasında Suriyaya hərbi müdaxilə də var.
Ancaq maraqlıdır ki, aprelin 9-da gecə saatlarında “Röyter” Dumada kimyəvi silah iddialarının təsdiqləndiyi, ancaq kimyəvi silahın Suriya hökumət qüvvələri tərəfindən istifadə olunması ilə bağlı dəqiq nəticə olmadığı haqda xəbər yayıb. ABŞ prezidenti isə açıq şəkildə Dəməşqi müdaxilə ilə hədələyib və BMT TŞ-də müzakirələr davam etdiyi bir vaxtda ABŞ hərbi dəniz qüvvələrinə məxsus hərbi gəmilərin Kiprdən Suriya sahillərinə doğru yollanması xəbərləri yayıldı.
BMT baş katibi Antonio Qutteres isə beynəlxalq müşahidəçilərin Dumaya rahat daxil olması üçün şərait yaradılması çağırışı edib. Qutteres deyib ki, istənilən şərtlərdə kimyəvi silahdan istifadə təsdiqlənərsə, bu, nifrət doğuracaq və beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır. Bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyi Suriyada Bəşər Əsəd hakimiyyətinin nəzarəti altında olan ərazilərdəki 22 əsas hədəfin xəritəsini hazırlayıb. ABŞ-ın hədəfləri arasında İranın dəstəklədiyi silahlıların məntəqələri və Rusiya hərbçilərinin də yerləşdiyi Hums və Tartusdakı hərbi bazalar da var.
Hərbi bazaların vurulması əməliyyatını ABŞ, Böyük Britaniya, Fransa və İsrail birgə koordinasiya edəcəklər. Bombardman dəniz, hava və quru qoşunlarının raketləri ilə həyata keçiriləcək.
Beləliklə, əslində nəzəri baxımdan ABŞ hərbi qüvvələrinin hər an Suriyaya zərbə endirməsi mümkündür. Üstəlik, artıq Aralıq dənizində Suriya sahillərinə yaxınlaşan ABŞ gəmilərinin foto və videogörüntüləri də yayılıb. Ehtimal olunur ki, ABŞ hərbi dəniz qüvvələri ötən il aprelin 7-də olduğu kimi, Aralıq dənizindən Suriyanın hərbi bazalarını vuracaq və bununla da hökumətin əlindəki aviasiya və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağa çalışacaq.
Ancaq amerikalıların bu addımına qarşı rusların nə edəcəyi hələ məlum deyil. Rusiya tərəfi Dumadakı vəziyyətin yerində və obyektiv araşdırılmasını təklif edir. Üstəlik, Rusiya aviasiyası Aralıq dənizində üzən Amerika gəmiləri ətrafında təhdid uçuşları həyata keçirib.
Bu arada aprelin 9-da sabah saatlarında İsrail hərbi aviasiyasının Suriyanın Xums vilayəti ərazisində yerləşən T-9 hərbi hava bazasını bombalaması nəticəsində aralarında 3 iranlı hərbçi də olmaqla, 14 nəfər öldürülüb. Rəsmi Tehran baş verənlərə görə İsraili hədələyib və hadisənin cavabsız qalmayacağını bəyan edib.
Bir sıra ekspertlər ABŞ-ın Suriyanı bombalayacağına inanır. Ancaq əsas problem məhz bundan sonra olacaq. Məsələ ondadır ki, ABŞ ordusunun Suriyanın hökumət qüvvələrini vurması nəticəsində əməliyyatlar zəifləyəcək, ordu döyüş qabiliyyətini itirəcək. Ya da ən azından ciddi şəkildə zəifləyəcək, silah və texnika itirəcək. Bununla da hərbi əməliyyatlar ən azı bir müddət dayanacaq. Əvəzində isə silahlı müxaliflər daha da fəallaşacaqlar. Artıq aprelin 10-da müxalif silahlı qruplar hücum əməliyyatı hazırladıqlarını bəyan ediblər. Çünki hazırda hər an hava zərbələri gözləyən Suriya ordusunun müqavimət potensialı ciddi şəkildə zəifləyib.
Bu isə o deməkdir ki, ABŞ-ın zərbələrindən sonra Suriyada müharibə daha da uzanacaq. Tərəflər arasında güc balansı yenidən hökumətin ziyanına dəyişəcək və bu da toqquşmaların sayını və sərhədlərini böyüdəcək. Ümumilikdə isə xaos və savaş daha da şiddətlənəcək.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.