Skip to main content

Posts

Showing posts from May, 2017

Rusiya Mərkəzi Bankından 11 milyon rubl oğurlanıb

Moskva polisi Rusiya Mərkəzi Bankının şəhərin Lenin prospektində yerləşən binasından 11 milyon rubl (193811$)  nağd pulu oğurlamış şəxsi axtarır. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, pullar binanın pəncərəsindən çıxarılıb. Oğurluq hadisəsinin may ayının 26-dan 29-na qədər olan dövrdə baş verdiyi ehtimal olunur. Fakt üzrə cinayət işi başlanıb.

Serbiya Baş naziri : "Böyük Albaniyaya izn verməyəcəyəm"

Mən Balkanlarda Böyük Albaniyanın yaradılmasına izn verməyəcəyəm. Agamir.az xəbər verir ki, bunu jurnalistlər üçün baş nazir vəzifəsində keçirdiyi son mətbuat konfransında Serbiya Baş naziri Aleksandr Vuçiç söyləyib. “Balkan ölkələrinin inkişafı üçün ən vacib şərt sülh və maliyyə stabilliyidir. Alban siyasətçilər dəfələrlə Böyük Albaniya hədəflərinin olduğunu söyləyiblər. Mən onların bu hədəfə çatmaqlarına izn verməyəcəyəm”, – deyə o bildirib. Agamir.Az

Ermənistan atəşkəs rejimini 117 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Məzəm və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağdam, Ağbulaq və Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Şuraabad, Qaraqaşlı, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl,...

Azərbaycanda "Həyat" Fondu yaradıldı - FOTOLAR Azərbaycanda Bölmə : ReportajYayım tarixi : 19/5/2017 [14:46]Baxılıb : 9677 dəfəYardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək Bu gün "Həyat" Fondunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, Fondun təsisçisi və direktoru telejurnalist, "Xeyir" körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur. Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər. "Həyat" Fondunun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək. "Həyat" Fondu yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Ehtiyacı olan insanlar "Həyat" Fondunun internet səhifəsinə (www.heyat.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər. Eyni zamanda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq. Təqdimat mərasimində çıxış edən "Həyat" Fondunun direktoru N. Hüseynov bildirib ki, Fondun həftədə 1 dəfə olmaqla, ATV telekanalında "Həyat" adlı verilişi də nəzərdə tutulub. Veriliş ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, "Həyat" Fondunun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədi daşıyır. Verilişin aparıcısı N. Hüseynov olacaq. Təqdimat mərasimində çıxış edən aktrisa Həmidə Ömərova Azərbaycan xalqının həmişə xeyirxahlığı ilə fərqləndiyini bildirib: "Çox sevinirəm ki, Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə belə bir işə başlayıb". IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rəsul Çunayev "Həyat" Fonduna fəaliyyətində uğurlar arzulayıb. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M. Quliyev 90-cı illərin əvvəllərində Azərbaycanda səriştəsiz idarəçilik səbəbindən ölkənin acınacaqlı duruma düşdüyünü söyləyib: "Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtdı və Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir, ölkəmiz inkişaf edir. İlham Əliyev və ailəsi bizim üçün bir nümunədir. Bu gün bizim üçün xoş bir gündür, dostumuzun Fondu fəaliyyətə başlayır. Bu gün bu tədbirdə Leyla Əliyevanın iştirakı "Həyat" Fonduna bir dəstəkdir".

Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər. "Həyat" Fondunun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq Fondun fəaliyyətinin əsasını təşkil edəcək. "Həyat" Fondu yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Ehtiyacı olan insanlar "Həyat" Fondunun internet səhifəsinə (www.heyat.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər. Eyni zamanda ənənəvi məktub formasında da müraciət etmək mümkün olacaq.  Təqdimat mərasimində çıxış edən "Həyat" Fondunun direktoru N. Hüseynov bildirib ki, Fondun həftədə 1 dəfə...

Həsən Ruhanini ilk təbrik edən o oldu

İranda keçirilən prezident seçkilərində məğlub olan İbrahim Rəisi ikinci dəfə prezident seçilmiş Həsən Ruhanini təbrik edib. Lent. Az AzərTAc-a istinadən xəbər verir ki, bu gün bəyanatla çıxış edən İbrahim Rəisi seçkilərdə fəallıq nümayiş etdirən xalqa təşəkkürünü bildirib. O, məğlubiyyətini etiraf edərək yenidən prezident seçilmiş Həsən Ruhaniyə ölkənin iqtisadi problemlərini həlli yolunda uğurlar arzulayıb. Qərb dövlətləri liderlərindən isə Həsən Ruhanini ilk təbrik edən Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron olub. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel də Həsən Ruhaniyə təbrik ünvanlayıb.

Tramp Ərəbistanda qılıncla rəqs etdi

Səudiyə Ərəbistanında rəsmi səfərdə olan ABŞ prezidenti Donald Tramp qatıldığı mərasimdə qılıncla rəqs edib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, kral Salman bin Abdulaziz Al Saudun Al-Murabba sarayında fərqli şəkildə qarşılanıb. Prezident əlinə aldığı qılıncla rəqs edib. Tramp və kralın rəqsi obyektivlərdən qaçmayıb. Agamir. Az

Daha bir futbolçu özünü öldürdü

Daha bir çexiyalı futbolçu intihar edib. Lent.a z  Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin “Banik” və “Viktoriya” klublarında oynamış David Bıstron canına qəsd edib. 35 yaşlı futbolçu evində özünü asıb. Məlumata görə, onun maliyyə problemləri və ailəsində münaqişə olub. Xatırladaq ki, təxminən bir ay əvvəl daha bir çexiyalı futbolçu - Frantişik Raykorol da intihar etmişdi. Maraqlıdır ki, hər iki futbolçu “Banik” və “Viktoriya”da birgə çıxış ediblər. Bıstron “Viktoriya” ilə Çexiya, “Levski” ilə Bolqarısatn çempionluğunu qazanıb.

Azərbaycan İslamiadada 67-ci qızıl medalını qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 67-ci qızıl medalını qazanıb. Trend-in məlumatına görə, 53 kq-da mübarizə aparan qadın güləşçimiz Leyla Qurbanova hər iki görüşünü qələbə ilə başa vuraraq İslamiadanın qalibi olub. L.Qurbanova ilk görüşündə türkiyəli Burcu Kebic (4:0 - tuşe), ikinci qarşılaşmada isə Qazaxıstan idmançısı Aygül Nuralim üzərində (8:0) qələbə qazanaraq qızıl medala sahib olub. Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bu gün "Fənərbağça" çempion ola bilər

Bu gün Avropanın basketbol üzrə ən nüfuzlu klub turniri olan Avropa liqasının final görüşü keçiriləcək. Agamir. az xəbər verir ki, İstanbulun "Fənərbağça" klubu tarixində ilk dəfə çempion olmaq üçün bu titulu dəfələrlə qazanmış Yunanıstan çempionu "Olimpiakos"la qarşılaşacaq. Görüş İstanbulda keçiriləcək.   Qeyd edək ki, dördlər finalında Türkiyə təmsilçisi İspaniya birincisi olmuş "Real Madrid"i məğlub edərək finala yüksəlib. "Olimpiakos" isə keçən il finalda "Fənərbağça"nı yenərək qızıl medal qazanmış Moskva "ÇSKA"sını yolundan kənarlaşdıraraq həlledici görüşə vəsiqə qazanıb. Oyunöncəsi İstanbulda geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.   Qeyd edək ki, Türkiyənin "Anadolu Efes" və "Fənərbağça" klubları Avropa Liqasının finalında indiyədək 3 dəfə məğlub olublar. Bugünkü oyunun nəticəsi böyük maraqla gözlənilir. Agamir. Az

ayın 22-ə HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.   Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə  14-16° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 55-65 % təşkil edəcək.   Azərbaycanın rayonlarına gəlincə, mayın 22-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.   Agamir.Az

Cəbhə xəbəri

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub. Agamir. Az  Müdafiə Naziriliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Məzəm və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağdam, Ağbulaq və Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Şuraabad, Qaraqaşlı, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və C...

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Atəşkəsi pozan erməni əsgər məhv edildi

Dağlıq Qarabağda atəşkəs rejimini pozan erməni hərbçi öldürülüb. APA-nın "panorama.am" saytına istinadən verdiyi məlumata görə, bu gün saat 07.20 radələrində Azərbaycan Ordusunun açdığı atəş nəticəsində 1996-cı il təvəllüdlü Karen Danielyan ölüb. Agamir. Az

İranda prezident seçkilərində lider müəyyən edildi

İranda prezident seçkilərində Həsən Ruhani liderlik edir. APA xəbər verir ki, bu barədə “Reuters” agentliyinə məlumatlı mənbə bildirib. Onun sözlərinə görə, 37 milyon bülletenin hesablanmasına əsasən, hazırkı prezident 21,6 milyon səs toplayıb. H.Ruhaninin ən yaxın izləyicisi İbrahim Rəisi 14 milyon səs toplaya bilib. Xatırladaq ki, İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır -  hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim.  Agamir.Az

"Böyük iyirmilik" sammiti zamanı Almaniyada sərhəd nəzarəti tətbiq ediləcək

Hamburqda keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti zamanı Almaniya sərhəddə nəzarət tətbiq edəcək. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bu addımı sərhəddə yüksək təhlükəsizlik tələblərindən irəli gəldiyini deyib. Xatırladaq ki, sammit bu il iyulun 7-8-də Hamburqda keçiriləcək. Agamir. Az

Farnsanın yeni xarici işlər və müdafiə nazirləri təyin edilib

Yelisey sarayının baş katibi Aleksi Koler Baş nazir Eduard Filippin rəhbərliyi altında işləyəcək yeni Nazirlər Kabinetinin tərkibini rəsmi olaraq açıqlayıb. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Fransa XİN-ə keçmiş müdafiə naziri Jan-İv Le Drian, Müdafiə Nazirliyinə isə isə avrodeputat xanım Silvi Qular rəhbərlik edəcək. Agamir. Az

Putin 60 minlik “müsəlman ordusu”nu Suriyaya yeridir - SƏUDİYYƏ MƏNBƏLƏRİ

Rusiya əsasən Şimali Qafqaz respublikalarının nümayəndələrindən ibarət 60 minlik “müsəlman ordusu”nu Suriyaya yeritmək üçün hazırlayıb. Virtualaz.org xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının “Al Watan” qəzeti “mötəbər mənbələrə” istinadla yazır. Bu ordu əsasən sünnü-müsəlmanlardan ibarətdir. Bildirilir ki, həmin qüvvələrinin bir qismi artıq hərbi polis qismində Hələbdə xidmət keçir. Palmira yaxınlığında, Barrada vadisində isə bir sıra keçmiş sovet respublikalarından olan müsəlmanlardan ibarət muzdlu “Turan” batalyonu yaradılıb. “Business İnsider” nəşri isə Rusiyanı Suriyadakı hərbi iştirakını getdikcə artırdığını bildirir. Nəşrin yazdığına görə Suriyada Rusiya bazaları genişlənir, habelə Kremlin adından Bəşər Əsəd üçün döyüşən özəl hərbi şirkətlərin sayı artır. Diqqəti cəlb edən fakt budur ki, Suriyaya Çeçenistan və İnquşetiyadan yeni-yeni dəstələr göndərilir. Məqsəd İran döyüşçülərini sıxışdırmaqdır. Xatırladaq ki, Rusiya Suriyada hava əməliyyatları ilə kifayətlənə...

Ermənistanda nazir işdən çıxarıldı

Ermənistanın ədliyyə naziri Arpine Ovanisyan vəzifəsindən azad edilib. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sərəncam imzalayıb.  A. Ovanisyan bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi. Agamir. Az

Ermənistan ordusunun daha bir əsgəri öldürüldü

Ermənistan ordusunun daha bir əsgəri öldürülüb.   APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 10.30-da baş verib.   Müqavilə əsasında xidmət edən Qrişa Karapetyanın güllə yarası aldığı bildirilir. Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırma aparır. Agamir. Az

DTX-dan “agent qalmaqalı” ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb.   Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirilir ki, fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanılaraq, həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır.   Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır. Agamir. Az

Qazaxıstan Azərbaycan Beynəlxalq Bankında 220 milyon dollar itirdi

Qazaxıstanın inkişaf və investisiyalar üzrə sabiq nazir müavini Rahim Oşakbayev ölkəsinin təqaüdçülərinin taleyinə görə narahatdır, hansılar ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) rastlaşdığı iqtisadi problemlər üzündən zərər çəkə bilərlər. Virtualaz.org bildirir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb. Rahim Oşakbayevin sözlərinə görə, Qazaxıstanın "Vahid təqaüd yığım fondu" (VTYF) Səhmdar Cəmiyyəti Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə 70 milyarddan çox təngə (220 milyon dollar) sərmayə qoyub. "VTYF aktivlərinin 71,3 milyard təngəsi problemli olmuş Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə qoyulub (VTYF-nin investisiya portfeli haqqında 01 may 2017-ci il tarixinə olan haqq-hesabdan belə görünür). Azərbaycan Beynəlxalq Bankı xarici kreditorlardan cəlb edilmiş valyuta öhdəliklərinin icrasını dayandırıb. Beləliklə, pensiya aktivlərinin tamlığının əhəmiyyətli riskləri yarana bilər", - Oşakbaev yazıb. "Suall...

Koreya Rusiya sərhədinə raket atdı: Moskvadan cavab

Rusiya hava hücumundan müdafiə sistemləri Koreya Xalq Demokratik Respublikasının bazar günü yerli vaxtla saat 05:28-də (Bakı vaxtilə 00:28) ballistik raket atdığını təsbit edib. Axar.Az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd edilir. Bildirilir ki, bu raket atışı Rusiya üçün heç bir təhlükə kəsb etməyib. Xatırladaq ki, Koreyanın atdığı ballistik raketin buraxıldığı yerdən Yapon dənizinə doğru 800 km uçduğu, Koreya yarımadasından 400 km məsafədə Yapon dənizinə düşdüyü qeyd edilib. Pentaqon isə Rusiya ilə sərhədə 500 km qalmış yerə düşən raketin Yaponiyadan daha çox, Rusiyaya yaxın olduğunu bildirib. İddiaya görə, bu, Rusiyaya qarşı təhdiddir. Rusiya Müdafiə Nazirliyi hazırda Uzaq Şərqdəki bütün hava hücumundan müdafiə sistemlərinin aktiv döyüş hazırlığında və tam gücü ilə növbə çəkdiyini bildirib. Agamir. Az

Bürclər -14 MAY

Qoç - şəxsi həyatda dəyişikliklərə həvəs böyükdür. Bu həvəs bəzən sizi sağlam düşüncəni və yaxınlara hörməti unutmağa vacar edə bilər. Cazibəyə müqavimət göstərmək üçün özünüzdə güc tapın. Bu günkü məsuliyyətsizlik və sadəlövhlüklər sonradan çox ciddi şəkildə cəzalandırılacaq. Buğa -  istənilən məsələni iki dəfə düşünün, problemlərin bir yox, bir neçə həllini tapmağa çalışın. Bu gün bir neçə dəfə yolayrıcında qalmalı və hansı yolun uğura, hansının uğursuzluğa apardığını seçməli olacaqsınız. Əkizlər - bu gün sizin gününüz deyil. İtkiləri minimuma endirmək olarmı? Bəli! Amma bunun üçün ehtiyatlılıq nümayiş etdirmək lazımdır. Xərçəng - sevgili Qızlar üçün gün, səbəbini sonadək başa düşə bilməyəcəkləri hisslərlə yadda qalacaq: qeyri-müəyyən şübhələr, əsassız həyəcan xoşbəxtlik üfüqünə kölgə salacaq. Fantaziyaya sərbəstlik verməyin. Əks təqdirdə, milçək filə çevriləcək. Şir - günü yaddaqalan heçab etmək olmaz. O, hiss olunmadan keçəcək və yalnız yüngül yorğunluq yarad...

Dolların yeni məzənnəsi - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı  mayın 15-nə olan USD/AZN rəsmi məzənnəsini 1,7025 səviyyəsində müəyyən edib.  Agamir. Az

Qadın gimnastlarımız qızıl medal qazandı

  Azərbaycanın qadın idman gimnastları komanda hesabında birinci yerdədirlər. APA-nın  məlumatına görə, Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkovadan ibarət idman  gimnastikası üzrə Azərbaycan komandası İslamiadnın idman gimnastikası yarışlarında qızıl  medal qazanıb. Türkiyə gümüş, İndoneziya isə bürünc medala sahib olub.  Bu, Azərbaycanın İslamiada çərçivəsində keçirilən gimnastika yarışlarında ikinci qızıl  medalıdır. Bundan əvvəl Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət  Azərbaycanın bədii gimnastika üzrə komandası da qızıl medal qazanıb. Agamir.Az

İslamiadaya gecikən komandanın oyunlarının vaxtı dəqiqləşdi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunan kişi voleybolçuların turnirinin təqvimi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna səbəb Fələstin yığmasının ölkəmizə gecikmə ilə gəlməsidi. İlk oyununa gecikən asiyalıların baş tutmayan ilk matçının yeni vaxtı təyin edilib. Türkmənistan – Fələstin qarşılaşması mayın 15-də saat 12:30-da başlayacaq. Mayın 17-də keçirilməli olan Fələstin – Pakistan görüşünün isə başlama vaxtı dəyişib. Oyun saat 10:00-da deyil, 14:30-da başlayacaq. Oyunlarla bağlı qərar verən təşkilatçılar bilet alan azarkeşləri də nəzərə alıb. Belə ki, Fələstin – Pakistan qarşılaşmasının saatı dəyişsə də, satılan biletlər qüvvədə qalacaq. Baş tutmayan Türkmənistan – Fələstin matçına alınan biletlər isə dəyişdirilməlidi. Tamaşaçılar ayın 13-də baş tutmalı olan matçın biletini kassalarda dəyişdirə bilər. Həmçinin biletləri geri qaytarmaq istəyində olanların arzusu da nəzərə alınacaq. Qeyd edək ki,  A qrupu...

Yəməndə vəba epidemiyası: 115 nəfər öldü

Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 115 nəfərin həyatına son qoyub.   APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) açıqlayıb. BQXK təmsilçisi Dominik Stillxart deyib ki, Yəmənin 14 vilayətində 8,5 mindən çox insan vəbaya yoluxub. Son həftə ərzində yoluxanların sayı 3 dəfəyə qədər artıb. Yəməndə xəstəxanalar tam dolub və xəstə axınını qarşılayacaq potensialda deyil. Qeyd edək ki, Yəmən hakimiyyəti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə  Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.  Agamir. Az

Putin Ukraynanı itirməklə Rusiya üçün böyük fəlakətə imza atıb – “The Washington Post”

“Vladimir Putinin qeyri-adi siyasi səriştəyə malik, habelə bacarıqlı bir geopolitik oyunçu olduğu fikri həm Rusiyada, həm də dünyada olduqca populyardır. Lakin tarixi perpektiv və əhəmiyyət nöqteyi-nəzərindən bu məsələ ilə bağlı qəti fikrə gəlmək çətindir”. Musavat.com  xəbər verir ki, bu sözlər İsveçin keçmiş baş naziri, “The Washington Post” qəzetinin şərhçisi Karl Bildtin müəllif yazısında qeyd olunub. Karl Bildt Ukrayna-Rusiya münasibətlərinin tarixinə qısa ekskurs edərək, Putinin buradakı rolu üzərində geniş dayanıb. Bildtin fikrincə, Kiyevlə Moskva arasındakı bağlar Putin hakimiyyətə gələnə qədər olduqca qüvvətli olub. Lakin 2000-ci ildən bu yana Kremlə rəhbərlik edən şəxsin sayəsində Rusiyaya həmişə böyük qardaş kimi yanaşan Ukrayna hazırda ona yalnız düşmən gözü ilə baxır: “Məhz Putinin dövründə Kreml 2004-cü ildəki prezident seçkilərinə Viktor Yanukoviçin xeyrinə kobud müdaxilə həyata keçirdi. Rusiya Kiyevi iqtisadi tədbirlərlə hədələyərək onun Avropa Bilriyi ilə in...

Binəli Yıldırım: "ABŞ nazirinə dedim ki, bu, sizə yaraşmır, o isə..."

ABŞ Müdafiə naziri Ceyms Mattis YPG-yə silah yardımına dair bəyanat verməkdə çətinlik çəkib. Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş naziri Binəli Yıldırım çıxış edib. Yıldırım Mattislə arasındakı dialoqdan danışarkən deyib: "Mattisə Türkiyənin müttəfiqi olan bir ölkəyə YPG-yə silah verməyin yaraşmadığını dedim. O isə cavabında bunun seçim yox, məcburiyyət olduğunu bildirdi". Agamir.Az

Rusiyada piratçılığın səviyyəsi 300 faiz artıb

2016-cı ildə Rusiyada internet piratçılığı 300 faiz artıb. ABŞ Ticarət Nümayəndəliyinin dərc etdiyi hesabatda deyilir.  Əldə olunan məlumata əsasən, Rusiya əqli mülkiyyətin müdafiəsinə nəzarətdə əsas ölkələr siyahısına daxil edilib. Bu siyahıda həmçinin Tayland, Hindistan, Ukrayna, Argentina, Çili, Əlcəzair də mühüm yer tuturlar.  Bununla belə, ticarət nümayəndəliyinin əməkdaşları qeyd edirlər ki, Rusiya qanunvericiliyində əsas məsələ hələ də həllini tapmayıb - pirat kontentli saytların sahiblərinin təqib edilməsi nəzərdə tutulmur. 

"Porsche" ilə gənc ananı öldürən Ağaəlinin taleyi necə olacaq? - HAZIRDA EVDƏDİR

Bir neçə gün əvvəl Bakının Sabunçu rayonunda yetkinlik yaşına çatmayan oğlanın “Porsche” markalı avtomobillə gənc qadını vurub öldürməsi hadisəsindən sonrakı proseslərlə bağlı bəzi məsələlər aydınlaşıb. Lent. Az xəbər verir ki, hadisəni törətmiş və barəsində Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə iş açılmış 2001-ci il təvəllüdlü Fərəcli Ağaəli Füzuli oğlu hazırda Bakıdadır və istintaq nəzarəti altındadır. Onun barəsində məhkəmə tərəfindən hər hansı qərar çıxarılmayıb. Bununla belə, Sabunçu rayon Polis İdarəsi istintaq dövründə A.Fərəclinin ölkədən çıxmaması və istintaqdan yayınmaması ilə bağlı onun valideynindən yazılı iltizam alıb. Lent. Az-ən əldə etdiyi məlumata görə, Bakıxanov qəsəbəsindəki bir sıra restoran və klublarda tez...

Qızıl 3 dollaradək bahalaşacaq

Amerika fond bazarında Dow Jones indeksi 0,11% - 20 919,42 bəndədək, S&P 500 0,22% - 2 394,44 bəndədək, NASDAQ isə 0,22% - 6 115,97 bəndədək ucuzlaşıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,39% - 7 386,63 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,32% - 5 383,42 bəndədək, Almaniya DAX-ı 0,36% - 12 711,06 bəndədək ucuzlaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,60 dollar artaraq 1 226,80 dollara, gümüş isə 0,13 dollar artaraq 16,39 dollara satılıb. Agamir. Az

Azərbaycanda zəlzələ oldu

Bu gün səhər saatlarında Azərbaycanda zəlzələ baş verib. Bizimyol.info Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 07:24-də  Saatlı rayonu ərazisində qeydə alınıb.   Maqnitudası 5.3, dərinliyi 39 km olan zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub. Agamir. Az

Neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb. Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar və ya 0,10% artaraq 47,88 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,04% artaraq 50,79 dollar olub. Agamir. Az

Azərbaycanda körpünün altında mina tapıldı

Ağcabədi rayonunda tank əleyhinə mina tapılıb Report-un xəbər verir ki, ermənilər tərəfindən Qarqar çay vasitəsi ilə axıdılan 62 milli metrlik tank əleyhinə mina rayonun muğanlı kəndi ərazisində həmin çayın üzərində yerləşən avtomobil körpüsünün altında yerli sakinlər tətəfindən aşkar olunub. Kənd sakinləri dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat veriblər. Agamir.Az məluimat verir ki Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları cəlb edilib. Hazırda ərazidə minanın zərərsizləşdirilməsi üçün ANAMA-nın əməkdaşları tərəfindən hazırılıq işləri görülür.