Skip to main content

Posts

Showing posts from December, 2017

Yeni il bayramı

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda şumer Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayi...

Yeni telekanalın adı məlum oldu

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmi...

Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək – 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Portuqaliya Premyer Liqasında 4 futbolçu oyun satmaqda ittiham olunur

Portuqaliya Premyer Liqasında çıxış edən “Riu Ave” komandasının 4 futbolçusu oyun satmaqda şübhəli bilinir. agamiraz xəbər verir ki, Portu polisi adları açıqlanmayan oyunçulara qarşı ittiham irəli sürüb. Bildirilir ki, onlar ötən mövsüm ölkə çempionatının XX turunda “Feyrense” ilə səfər matçından əvvəl komandanın məğlubiyyətini təşkil etmək üçün pul mükafatı alıblar. Görüş başlamazdan öncə isə bukmeyker kontorlarında meydan sahiblərinin qələbəsinə böyük məbləğlərdə pul qoyuluşunun edildiyi müşahidə olunub. Nəticədə oyun mərc proqramından çıxarılıb. Qarşılaşma “Feyrense”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin 5-ci və 74-cü dəqiqədə vurduqları qollara qonaqlar 90-cı dəqiqədə bir dəqiq zərbə ilə cavab veriblər.

Rusiya XİN Ərdoğanın Əsədi terrorçu adlandırmasına münasibət bildirib

Rusiya XİN Ərdoğanın Əsədi terrorçu adlandırmasına münasibət bildirib. "Bəşər Əsəd Suriyanın qanuni prezidentidir. Suriyanı BMT-də məhz o təmsil edir. Ona görə də "Bəşər Əsəd terrorçudur" kimi bəyanatların hüquqi nöqteyi-nəzərdən heç bir əsası yoxdur". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi terrorçu adlandırması ilə bağlı suala cavabında deyib. "Bu cür bəyanatların mənəvi tərəfini bir kənara qoyuram. Belə bəyanatlar hüquqi cəhətdən əsassızdır", - deyə M. Zaxarova qeyd edib.  Xatırladaq ki, R. T. Ərdoğan Tunisə səfəri zamanı bu ölkənin prezidenti ilə keçirdiyi mətbuat konfransında Bəşər Əsədin Suriyada dövlət terroru həyata keçirdiyini bildirib.

Türkiyə və ABŞ arasında viza problemi həll olunub

Türkiyə və ABŞ arasında viza böhranı həllini tapıb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb. ABŞ səfirliyinin yaxın saatlarda viza böhranının tamamən aradan qaldırılmasına dair açıqlama yayması gözlənilir. "agamiraz"

“AzTV” və “Mədəniyyət TV” HD yayıma keçir

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 1 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.

ARDNF-nin investisiya portfeli təsdiqlənib.

2018-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 60,67 mlrd.manata bərabər götürülüb. “Report” xəbər vberir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanıda öz əksini tapıb. Məlumata görə, portfelin əsas hissəsi dollarla ifadə olunacaq. Belə ki, portfelin 50%-i ABŞ dollarında ifadə olunan aktivlərə, 35%-i avroda ifadə olunan aktivlərə, 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə və qalan 10%-i isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər. agamiraz

İki hərbi təyyarə havada toqquşdu

Banqladeşin cənub-şərq bölgəsində iki “Yak-130” tipli hərbi-təlim təyyarəsi havada toqquşub. “Sinxua” agentliyinə hərbi mənbələrdən məlumat verilib. İlkin məlumata görə, təyyarələrin hər iki pilotu katapult yolu ilə xilas olub. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

İranda zəlzələ baş verib

İranın şərq bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir. Yeraltı təkanların episentri Kirman şəhərindən 31 km şimalda, ocağı isə 40 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Bürclər: 28 dekabr

Qoç – maraqlı hadisələr, gözləntilər və faydalı informasiyalar bol olacaq. Diqqətli olun, ətrafınızdakı insanlara göz qoyun, hadisələri müşahilə edin. Başqalarının görə bilmədiklərini görün, duya bilmədiklərini duyun. Belə olarsa, böyük üstünlük əldə edərsiniz. Yaxın ətrafınızdakı insanlara yardım edin, köməyinizi əsirgəməyin. Çətin vəziyyətə düşmüş insanın minnətdarlığı gecikməyəcək. Buğa – bu gün uğurlu alış-veriş, sərfəli müqavilələr və anlaşmaların əldə edilməsi istisna deyil. Gəlirləriniz arta bilər. Maliyyə durumunuzu yaxşılaşdıra biləcək yeni təkliflər ala bilərsiniz. Sevdiyiniz insanın uğurlarına sevinin. Bu gün ailə üzvləriniz və yaxın qohumlarınızla fəxr edə bilərsiniz. Əkizlər – yaxın və uzaq qohumlardan biri ilə çoxdankı münaqişəni yoluna qoyaraq çözmək üçün əlverişli gündür. Güzəştli həllə nail olaraq kompromisi gerçəkləşdirməklə köhnə problemi həll etmək olar. Yalnız əmlakla bağlı məsələlərdən savayı. Bu gün həmin məsələlər çözülməyəcək. Xərçəng – yaxın ətrafınız...

“Real”ın yeni futbolçu transfer edəcəyi İDDİA olunur: 100 milyon avroya…

“Real” Məhəmməd Salahı transfer edir. Fanat.Az xarici mediaya istinadən yazır ki, “Liverpul” 25 yaşlı futbolçunun menecerinə “Kral Klubu” ilə danışıqlara başlamağa icazə verib. İddiaya görə, artıq transferin məbləği də açıqlanıb. “Real” Misir yığmasının üzvü üçün “Liverpul”a 100 milyon avro ödəyəcək. Qeyd edək ki, “Liverpul” Salahı yayda “Roma”dan 42 milyon avroya alıb. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 27 rəsmi oyunda 21 qol vurub.

Sabaha olan hava praqnozu

Ölkə ərazisində dekabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə duman, çiskin gözlənilir. Hava gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacaq. Dekabrın 25-də Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir. Yuxarı Qarabağ -Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava arabir yağıntılı olacaq, qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb kü...

İndi qışdır

Gördüyünüz kimi ətravda qış abu-havası var. Və hal-hazırda indi qışdır.  Biz indi qışın birinci gününü yaşayırıq.  QIŞ AYINIZ MÜBARƏK! agamiraz yazdı

Putin Qırmızı meydanda xokkey oynadı

Rusiya Prezidenti Vladimir Putin Gecə Xokkey Liqasının yoldaşlıq görüşündə iştirak edib. Axar.az xəbər verir ki, bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Görüş dünən gecə baş tutub və Qırmızı meydanda keçirilib. Putinlə bərabər görüşdə SSRİ yığmasının keçmiş oyunçuları Vyaçeslav Fetisov, Sergey Fyodorov, Pavel Bure, Müdafiə naziri Sergey Şoyqu və Kontinental Xokkey Liqasının direktoru Gennadi Timçenko da iştirak edib. agamiraz

“Qarabağ”ın futbolçusuna 1 milyon avroluq təklif

“Qarabağ”ın futbolçusu Dino Ndlovu Çinin “Hançjou Qrintaun” klubuna keçə bilər. CAR (Cənubi Afrika Respublikası) yığmasının hücumçusu Azərbaycan təmsilçisinin heyətindəki çıxışları ilə diqqəti cəlb edib. O, “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub və komandaya Danimarka “Kopenhagen”i ilə “play-off” mərhələsinin cavab görüşündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıran qolun müəllifi olub. Onun xidmətləri diqqətdən kənarda qalmayıb. Çin klubu 27 yaşlı forvardın transferi üçün “Qarabağ”la müzakirələrə başlayıb. Sayt yazır ki, Ndlovudan ötrü Ağdam klubuna 1 milyon avro təklif olunub. Qeyd edək ki, “Hançjou Qrintaun” hazırda Çin I Liqasında çıxış edir. Bu komandada 2008-ci ildə “Neftçi”nin və hazırkı “Keşlə”nin (keçmiş “İnter” klubu) sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski də forma geyinib. Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda “ilin əcnəbi idmançısı” nominasiyası üzrə ...

Rəşad Sadıqov “Qarabağ”dakı işindən ayrılacaq – Açıqlama

Azərbaycanın U-21 və U-20 yığmalarının baş məşqçisi təyin olunan Rəşad Sadıqov bununla bağlı fikirlərini bölüşüb. “Bizimyol.info” xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən “Qarabağ”ın kapitanı bunları söyləyib: “İlk növbədə, mənə inanıb etimad göstərdiyinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Millidə çalışmaq həm qürurverici, həm də çox məsuliyyətlidir. Əvvəlcə mənə yalnız U-20 yığmasını çalışdırmaq təklif olunmuşdu. Ancaq sonra AFFA-nın baş katibi Elxan Məmmədov və Qurban müəllimlə görüşümüz oldu və U-21 yığmasının da baş məşqçisi olmağımı istədiklərini dedilər. Qurban müəllim milli komandalar arasında yeniyetmə və gənclərin itməməsi, daim beynəlxalq oyun təcrübəsinə malik olması üçün U-18 və U-20 yığmasının yaradılmasını istədi. Bildiyiniz kimi, U-20 yığmasına cəlb olunacaq 1998 və 1999-cu il təvəllüdlü futbolçular növbəti seçmə mərhələdən artıq U-21 yığmasına keçəcək. Həm də nəzərə almalıyıq ki, seçmə mərhələn...

MDB dövlət başçılarının qeyri-rəsmi sammiti Moskvada keçiriləcək

MDB dövlət başçılarının qeyri-rəsmi sammiti dekabrın sonunda Moskvada keçiriləcək. Moldova prezidenti İqor Dodon dəvəti qəbul etdiyini və deklabrın 26-da Moskvada keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcəyini bildirib.

Gəncədə partlamamış hərbi sursat tapılıb

Gəncənin Kəpəz rayonunda partlamamış hərbi sursat tapılıb. Bu barədə "Report"a Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bildirilib ki, dekabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, DOS 102 ünvanında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub. Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 138 saylı binanın zirzəmisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamamış hərbi sursat (PQ-18) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş sursatın ətrafında 80 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

“Neftçi” 4 futbolçusunu icarəyə verir

“Neftçi” klubu qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək. Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Orxan Hüseynzadə jurnalistlərlə söhbətində məlumat verib. O bildirib ki, müdafiəçilər – Rahil Məmmədov, Məqsəd İsayev və yarımmüdafiəçilər – Tərzin Canahgirov, Fəhmin Muradbəyli özlərinə yeni komanda tapmalı olacaqlar.

HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Heyvanla adam kimi davranmaq qanunu

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması heyvanlarla qəddar davranışa görə cəzaları sərtləşdirən qanun qəbul edib. Dekabrın 13-də qəbul olunan qanun heyvanlarla qəddar davranmağa görə azadlıqdan məhrumetmə cəzasının maksimal həddini 6 aydan 3 ilə artırır. Bir qrup şəxsin heyvanlarla qəddar davranışına və bu əməlin planlı şəkildə törədilməsinə görə maksimal həbs cəzası 5 ilə qaldırılır. Hazırda maksimum cəza 2 ildir. Uşaqların gözü qarşısında heyvanlara əzab verilməsi və qəddar üsullardan istifadə olunması 5 ilədək azadlıqdan məhrumetməyə gətirəcək. Bir neçə heyvanın öldürülməsi və heyvanlara əzab verilməsinin internetdə nümayiş olunmasına da 5 ilədək həbs cəzası düşür. Qanuna görə, vəhşi heyvanların və su bioresurslarının qanunsuz əldə olunması, saxlanması, daşınması, göndərilməsi və satılması 5 ilədək azadlıqdan məhrumetmə cəzası, eyni zamanda 2 milyon rubladək cərimələnmə ilə nəticələnəcək. agamiraz

Rusiya:-a qarşı güclü silah hazırlayacağıq

Əgər ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi razılaşmasından çıxsa, Rusiya çox güclü silah hazırlayacaq. Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev söyləyib. “Rusiyanın cavab verməyə gücü var. Bizim texniki imkanlarımız qısa zaman ərzində güclü silah hazırlamağa imkan verir. Bu müqavilə dünyanı fəlakətdən qorumaqdan ötrüdür. ABŞ-ın heç bir əsası yoxdur ki, bizim “Ok”a taktiki kompleksinin əsasında hazırlanan “İsgəndər” raketlərini müqavilənin qadağan etdiyi silahlar sırasına əlavə etsin”, – deyə o bildirib. Qeyd edək ki, tərəflər arasında bu müqavilə 1987-ci ildə imzalanıb. Müqaviləyə əsasən, tərəflər 500-5500 kilometr məsafəli yerüstü və qanadlı ballistik raketlərə sahib ola bilməzlər.

Atəşkəs yenə 130 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.   Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qar...

Təyyarə yolunu dəyişdi – Ayaqyoluna getmək istəyənlərin tələbi ilə

ABŞ-ın “Delta Airlines” aviaşirkətinin Nyu-Yorkdan Siettl şəhərinə uçan təyyarəsi marşrutunu dəyişməli olub.Təyyarənin göyərtəsində sanitar qovşağının sıradan çıxması səbəb olub. Nəticədə sərnişinlərin təbii ehtiyaclarını ödəyə bilmələri üçün təyyarə yüzlərlə kilometr yolunu dəyişərək Montana ştatının Billinqs şəhərində eniş etməli olub.Hava limanında sərnişinlər digər problemlə üzləşib. Bütün avtobuslar məşğul olduğu üçün aeroport əməkdaşları sərnişinlər üçün taksi çağırıb. Daha sonra təyyarədə ayaqyolunun təmizlənməsindən sonra reys bərpa olunub. agamiraz

Bürclər: 9 Dekabr

Qoç – iş ortaqları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək olar: uzun zaman dil tapa bilmədiyiniz insanlarla ortaq məxrəcə gələ bilərsiniz. Xırdalıqlar ikinci plana keçir, doğrudan da, vacib olan işlərə diqqət yönəltmək lazımdır. Səyahətə hazırlaşmaq olar, yol üçün gərəkli əşyaları almaq lazımdır. İri alış-veriş etmək olar, bütün ailəyə xidmət edəcək əşyalara üstünlük verin. Buğa – eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin, üstüörtülü danışığınızı anlamaya bilərlər. Planlaşdırılmamış səfərlər yeni tanışlar tapmağa imkan yaradacaq. Fiziki iş və idmanla məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı prosedurlar faydalı və səmərəlidir. Əvvəlcədən qurulmuş planlara riayət etmək məsləhətdir. Əkizlər – sözü insanların üzünə çırpırsınız və bu, çoxlarının xoşuna gəlmir. Ancaq fikirlərinizi açıq-aşkar söyləməyiniz tərəfdaşlarınızla ümumi dil tapmağa, həmçinin xoşunuza gələn insanların rəğbətini qazanmağa imkan verir. Biznesdə təşəbbüs göstərin, intuisiyanız darda qoymayaca...

İranın Ali Rəhbəri 1007 məhbusu əfv edib

Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei əfv sərəncamı imzalayıb. AZƏRTAC Ali Rəhbərin administrasiyasına istinadla xəbər verir ki, İranın məhkəmə hakimiyyətinin təqdimatına əsasən humanizm prinsiplərini əsas tutan Ali Rəhbər 1007 nəfər məhbusu əfv edib. Əfv olunanların bir qismi cəzasının çəkilməmiş hissəsindən azad edilib, digər qisminin isə cəzası yüngülləşdirilib.

Azərbaycan və İran sərhəd məsələlərini müzakirə edib

Dekabrın 2-dən 4-dək Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev İrana səfəri çərçivəsində İran Sərhəd Qoşunlarının komandanı Qasım Rza­yi, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bagiri ilə görüşlər keçirib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, görüşlər zamanı dövlət sərhədində, dövlət sərhədindən bu­ra­­xılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb. Elçin Quliyev İranda səfərdədir.     Sər­həd təhlükəsizliyinə təhdidlərə, o cüm­lədən beynəlxalq terror­çuluğa, narkotik vasitələrin qanunsuz dövriyyə­sinə, qaçaqmalçılığa, qeyri-le­qal miqrasiyaya və digər transsərhəd cinayət­lərə qarşı birgə müba­rizənin aparılmasının vacibliyi qeyd edilib. “Ermənistan tərəfindən 20% torpaqlarının işğalı nəticə­sində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatlıq doğurması İran tərəfinin diqqətinə ça...

Azərbaycana daha çox gələn turistlər - Ruslar

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Mədəniyyət və Turizm Nazirliyindən  BakuPost.az -a verilən məlumata görə, yalnız oktyabr ayında Azərbaycana 204 686 nəfər səfər edib. Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur. Bu ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727577, Gürcüstandan 439 305, İrandan isə 320 904 xarici vətəndaş gəlib. Qeyd edilən müddətdə Türkiyədən Azərbaycana 249 210, Birləşmiş Ərəb Əmirliyindən 81 742, İraqdan 54 242, Ukraynadan 49 449, Səudiyyə Ərəbistanından 31821 xarici vətəndaş səyahət edib. Qeyd edək ki, 2016-cı ildə Azərbaycana 1 799 367-i Avropa ölkələrindən olmaqla, ümumilikdə 2 242 783 xarici vətəndaş səfər edib. Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var.