Skip to main content

Posts

Showing posts from March, 2018

Siyəzəndə döymələri olan naməlum kişi meyiti tapılıb

Siyəzəndə bədənində döymələri olan naməlum kişi meyiti tapılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  martın 29-da Siyəzən rayon Yenikənd kənd  ərazisində 55-60 yaşlarında bir kişi meyiti tapılıb. Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində dövmələr var. Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə  (02330) 4-02-21; (02330) 4-13-03  şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Sabah hava – Yenə külək olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava şəraitini açıqlayıb. Qurumdan daxil olan xəbərdə bildirilir ki, martın 31-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 3-8 d...

Yelisey sarayının rəsmisi: “Fransa Suriyaya hərbçi göndərməyəcək”

“Fransa Suriyaya hərbçi göndərməyəcək və bu ölkədə heç bir əməliyyat həyata keçirməyi planlaşdırmır”. “Report” xəbər verir ki, bunu Fransanın Yelisey sarayının adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsi “Anadolu” agentlyinə müsahibəsində bildirib. Fransa Prezidenti Admistrasiyasının təmsilçisi ölkəsinin Suriyaya hərbçi göndərəcəyi ilə bağlı xəbərləri təkzib edib. O, Fransa prezidenti Emmanuel Makronun terrorçu PKK/YPG-PYD-dən formalaşan Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşdən sonra Fransanın Suriyaya qoşun göndərəcəyi haqqında ölkə KİV-ində yayılan məlumatları şərh edərkən deyib: “Mətbuatda bu məsələyə dair fərqli informasiyalar yayılıb. Ancaq məsələ ilə bağlı rəsmi Parisin mövqeyi dəyişməyib. Fransa Suriyaya hərbçi göndərməyəcək və bu ölkədə yeni heç bir əməliyyat keçirməyi planlaşdırmır. Biz İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiya çərçivəsində fəaliyyətimizi davam etdiririk”. Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun Suriya Dem...

Dolların qiyməti dəyişmədi

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib. AMB-dən verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün də 1,7000 səviyyəsində müəyyən edib.

Türkiyədə casusluqda şübhəli bilinən "diplomat" qaçdı

Niderland Krallığı Türkiyədə fəaliyyət göstərən diplomatlarından birini "təhlükəsizlik tədbiri" çərçivəsində geri çağırıb. AgamirAz report-a istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, geri çağrılan diplomatı Niderland kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinir. Onun Türkiyənin hüquq mühafizə orqanları tərəfindən istintaqa çəkiləcəyindən ehtiyatlanan Hollandiya hökuməti diplomatı geri çağırıb. Bir müddət əvvəl "Daily Sabah" qəzeti bildirmişdi ki, Türkiyədə Krallığın hərbi kəşfiyyatına casusluq etməkdə şübhəli bilinən Hollandiya vətəndaşı saxlanılıb. İstintaqın məlumatına əsasən, "diplomat" adı altında gizlənən həmin şəxs Türkiyənin terrorçu İŞİD qruplaşması ilə əlaqə saxlaması barədə şaiyə yayıb. Krallıq bildirib ki, həmin "diplomat" İstanbulda "regional tapşırıqları yerinə yetirib". "Diplomat artıq evdədir. Biz təhlükəsizlik baxımından hadisənin detalları ...

Rusiyada matəm elan olunub

Rusiyada Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar martın 28-i tarixi matəm günü elan edilib. Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb. Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb. Agamiraz

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuq artacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək. Agamiraz

Jirinovski: "Qərb rus diplomatlarını buna görə qovur"

Rus diplomatların Qərb ölkələrindən qovulması göstərir ki, Qərbə Rusiyanın simasında düşmən lazımdır. Agamiraz xəbər verir ki, bu sözləri Teleqram kanalında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski paylaşıb. “Avropa Birliyi parçalanır. Onu xarici təhdid olmadan necə saxlamaq olar? Qorxu faktoru lazımdır. İslam dünyası artıq onları qorxutmur. Ona görə ki, artıq milyonlarla qaçqın Avropada yaşayır. Çin isə onlar üçün çox uzaqdır. Yeganə variant Rusiyadır. Bu, ABŞ üçün də faydalıdır. Əgər Avropa qeyri-stabil olsa, bütün dünya maliyyəsi okeanın o tayına, yəni ABŞ-a yönələcək. Zamanında eyni effekti İkinci Dünya müharibəsi yaratmışdı”, – deyə o bildirib.

Növbəti hərracda rekord göstərici: 40 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müasir model olan Elektron hərracın tətbiqi dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərracın istifadəyə verilməsi, bu sahədə tətbiq edilən müasir yanaşmalar özəlləşmə sahəsində məmur-vətəndaş münasibətini minimuma endirir, prosesi daha da sürətləndirir. Hərraclara onlayn qatılmaqla yanaşı, elektron qaydada qeydiyyatdan keçmək, hərraclara istənilən yerdən qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Belə ki, bu yenilik hər bir vətəndaş üçün məkan amili aradan qaldırılmaqla elektron qaydada hərraclara qoşulmaq və on-layn izləmək imkanları yaradıb. Qeyd edilməlidir ki, özəlləşməyə çıxarılan dövlət əmlakları müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən bazar prinsiplərinə uyğun qiymətləndirilir. Özəlləşmə portalı vasitəsilə hərraca çıxarılan əmlaklar barəsində əvvəlcədən ətraflı məlumatın, o cümlədən ə...

Suriyanın Tel-Rifat rayonu terrorçulardan azad edilib

Suriyanın Tel-Rifat rayonu terrorçulardan azad edilib. Bu barədə “Report” yerli mənbələrin məlumatına əsasən, xəbər verir.   Məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Tel-Rifatı bir neçə saat ərzində tamamilə nəzarət altına alıb. agamiraz

Ərdoğan: "Türkiyə ordusunun növbəti hədəfi Suriyanın Tel-Rifat bölgəsidir"

Türkiyə ordusu və müxalif Azad Suriya Ordusunun növbəti hədəfi Suriyanın Tel-Rifat bölgəsidir.  Agamiraz-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. R. T. Ərdoğan deyib ki, "Zeytun budağı" əməliyyatında qısa müddətdə Tel-Rifat nəzarət altına alınaraq əməliyyat hədəfinə çatdırılacaq. Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Dünən Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və müxalif Azad Suriya Ordu...

Azərbaycan neftinin SON QİYMƏTİ dəyişib

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 71,51 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,77 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 70,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 23-də 66,69 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 23-də 68,95 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.

Əfqanıstanda məscidi partlatdılar

Əfqanıstanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, azı 9 nəfər yaralanıb. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Herat şəhərində, məscidin girişində baş verib. İlkin məlumata əsasən, məscidə hücum edən iki terrorçu-kamikadzelərdən biri üzərindəki partlayıcı qurğunu işə salıb, digəri mühafizəçilər tərəfindən məhv edilib. Terror aktına görə məsuliyyəti İŞİD  qruplaşması öz üzərinə götürüb.

"Facebook"a qarşı sərt tədbirlər görüləcək

Avropa İttifaqının (Aİ) ədliyyə üzrə komissarı Vera Yurova istifadəçilərin şəxsi məlumatları ilə bağlı qalmaqalla üzləşən "Facebook" sosial şəbəkəsinə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib. APA-nın məlumatına görə, V. Yurova "Bild am Sonntag" nəşrinə müsahibəsində deyib ki, 50 milyon "Facebook" istifadəçisinin şəxsi məlumatlarının sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir. Komissar "Facebook" rəhbərliyindən vəziyyətlə bağlı rəsmi açıqlama tələb edib: "Mən "Facebook" rəhbərliyindən tələb edirəm ki, bu qalmaqalın Avropadakı istifadəçilərə nə dərəcədə təsir etməsinə aydınlıq gətirsin".

İtaliya prezidenti baş nazirdən vəzifəsini icra etməsini xahiş edib

İtaliya prezidenti Serco Mattarella istefa vermiş baş nazir Paolo Centilonidən hökumət başçısı vəzifəsini icra etməsini xahiş edib. "Agamiraz"-ın "RT"ə istinadən məlumatına görə, bu barədə prezidentin Kvirinalsk sarayının dəftərxanasından bildirilib. "Prezident Nazirlər Şurasının sədrinə cari işləri başa çatdırmaq üçün vəzifəsində qalmağı xahiş edib", - deyə məlumatda bildirilir. Centiloninin istefası martın əvvəllərində formalaşmış yeni parlamentin işə başlamasından sonra rəsmidir. Martın 5-də, seçki bülletenlərinin 50%-nin hesablanmasından sonra İtaliyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

İŞİD 8 polisi edam etdi

İŞİD terrorçuları İraqda avtomobil yolunda polis konvoyuna qarşı pusqu quraraq azı 8 asayiş keşikçisini saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  terrorçular daha sonra polis əməkdaşlarını yol kənarındakı təpənin yaxınlığına apararaq edam edib.     Terrorçuların müəyyənləşdirilərək məhv etdirilməsi məqsədi ilə əraziyə xeyli polis və hərbçi cəlb edilib.

Moskva britanilyalı diplomatları qovur

23 Britaniyalı diplomat ailə üzvləri ilə birgə Moskvanı tərk edir. Moskva Britaniya baş naziri Tereza Mey tərəfindən qəbul olunmuş anoloji tədbirlərə cavab olaraq, Britaniyalı diplomatları ölkədən qovur.

Sabaha olan hava proqnozu

Martın 24-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Agamiraz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 12-17° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

Azərbaycanda martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10°, gündüz 12-17° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-...

“The Sun”: Malayziyaya məxsus itmiş təyyarə Google Maps-də “tapılıb”

Aviaqəzalar zamanı itən təyyarələrin axtarışı ilə məşğul olan avstraliyalı həvəskar Piter Makmehon Malayziyaya məxsus olan və 2014-cü ildə Hind okeanında itdiyi güman edilən sərnişin təyyarəsini tapmaq üçün NASA və Google Maps-in xəritələrini araşdırıb. “The Sun” nəşri yazır ki, P.Makmehon təyyarənin qalıqlarını okeanda tapıb. Onun təqdim etdiyi fotolarda təyyarənin gövdəsi ilə yanaşı, üzərindəki güllə yerləri də görünür. Avstraliyalı həvəskar təsdiq edir ki, təyyarənin qəzaya uğradığı yer Seyşel adalarına daxil olan kiçik Ruand adasından 16 kilometr cənubda yerləşir. Həmin ərazi itmiş təyyarənin axtarış-əməliyyat zonasına daxil edilməyib. P.Makmehon öz tapıntısı barədə məlumatları Avstraliya Nəqliyyat və Təhlükəsizlik Bürosuna göndərib. Büro həmin fotoların itmiş təyyarəyə aid olduğunun mükünlüyünü bildirib. Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus “Boeng” sərnişin təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə radarlardan itib. Onun parçaları və həlak olmuş sərnişinləri...

Bu gün Novruz bayramıdır

   Novruz bayramı adətən martın 20-si 21-i olur.  Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti  bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı.   Çərşənbələr:  Birinci su çərşənbəsi  adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır.   İkincisi  o d çərşənbəsi  adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır.  Üçüncüsü yel çərşənbəsi adlanır . Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.  Dördüncüsü torpaq çərşənbəsidir.  Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, sax...

Dolların sabaha olan məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 27-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Yeni Kaledoniya adasında Fransadan müstəqillik üzrə referendum keçiriləcək

Yeni Kaledoniya Konqresində Fransadan müstəqillik haqqında referendumun bu il noyabrın 4-də keçirilməsi səs çoxluğu ilə təsdiqlənib. Bu barədə "İnterfaks" xəbər verir. Referendumun lehinə 38, əleyhinə 14 deputat səs verib, 2 nəfər bitərəf qalıb. Referendum 1998-ci ilin Numea sazişi çərçivəsində təşkil olunacaq. Müstəqillik müdafiə, təhlükəsizlik, ədliyyə və valyuta ilə bağlı sahələr istisna olmaqla bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur. Yeni Kaledoniya – Fransanın Sakit Okeanda yerləşən xarici ərazisidir. 1998-ci ildə arxipelaqda müstəqillik haqqında referendum keçirilib. O vaxt yerli sakinlər siyasətçilərin təşəbbüsünü dəstəkləməyiblər.

Messi “Hərdən bir az şərab içirəm”

“Uzun illər qəbul etdiyim qidalara fikir verməmişəm. Çoxlu şokolad yeyib, qazlı su içirdim". Qol.az-ın məlumatına görə, bu sözləri İspaniya mətbuatına müsahibəsində “Barselona”nın hücumçusu Lionel Messi deyib. 22-23 yaşlarında pəhrizin nə demək olduğunu bilmədiyini söyləyən argentinalı futbolçu sonradan bəzi qidalanma qaydalarına riayət etdiyini bildirib: "İndi hər şey dəyişib. Yeməklərlə bağlı özümə məhdudiyyət qoymuram, amma bəzi qaydalara əməl edirəm. Hərdən bir az şərab içirəm ki, bu da səhhətimə zərər vermir. Əvvəllər bəzi oyunlarda ürəyim bulanırdı. İndi isə belə bir hal olmur. Orqanizmimdə dəyişiklik baş verib. Bu mənada rahatam”.

Tramp Kral Salmandan 4 milyard dollar istədi

ABŞ Prezidenti Donald Tramp Suriyadan amerikalı hərbçiləri çıxartmaq üçün Səudiyyə Ərəbistanı kralı Salmandan 4 milyard dollar yardım istəyib. Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib. Qəzet Amerika elitasında təmsil olunan mənbələrinə istinadla qeyd edib ki, 2017-ci ildə Donald Tramp və Kral Salman arasında telefon danışığı baş tutub. Həmin danışıq zamanı Tramp Suriyada olan amerikalı hərbçilərin ölkədən sürətlə çıxarılması üçün 4 milyard dollar maddi dəstək istəyib. “Vaşinqton Post”a danışan ABŞ rəsmiləri Prezident Trampın bu müzakirənin sonunda kralla razılığa gəldiyinə inandıqlarını qeyd ediblər. Maraqlıdır ki, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi Trampın Kral Salmandan 4 milyard dollar istədiyinə dair iddiaları şərh etməyib. Ancaq qəzet bildirib ki, Ağ Ev İŞİD işğalından azad edilən bölgələrin yenidən qurulması üçün Səudiyyə və digər ölkələrdən maliyyə istədiyini açıqlayıb. Qəzet iddia edib ki, Suriya lideri Bəşər Əsə...

Prezident Kosa və Keçəllə yumurta döyüşdürüb

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəlib.  agamiraz-ın AzərTAC-a istinadən məlumatına görə, prezident və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar. Dövlət başçısı, xanımı və ümumxalq şənliyinin digər iştirakçıları Novruz bayramı münasibətilə təşkil olunan “Şərq bazarı” ilə tanış olublar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə, Azərbaycan xalçalarına baxdılar, pəhləvanların, güləşçilərin çıxışlarını izlədilər, “Nənələr”, “Rəfti”, “Əvəsor” folklor özfəaliyyət kollektivlərinin, “Natiq” ritm qrupunun, aşıqların, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının kollektivinin ifalarını dinləyiblər. Çay süfrəs...

İrem Dericinin Bakı konsertinin biletləri satılmadı

İrem Dericinin Bakı konsertinin biletləri satılmadıTürkiyəli müğənni İrem Dericinin Bakı konsertinin vaxtı və yeri dəyişdirilib. agamiraz Oxu.Az-dan istinadına görə, bu barədə konsertin təşkilatçısı Asif Hüseynov məlumat verib. O bildirib ki, martın 21-də nəzərdə tutulan konsert iyunun 18-də paytaxtın istirahət məkanlarının birində keçiriləcək: “Konserti “Baku Crystal Hall”da nəzərdə tutmuşduq. Müəyyən səbəblərdən tarixini dəyişərək 18 iyun tarixində keçirməyi qərara aldıq. Alınan biletlər və dəvətnamələr həmin tarixdə keçərlidir və ya alınan biletləri kassalara təhvil verərək pulunuzu geri ala bilərsiniz”. Qeyd edək ki, İremin konserti üçün biletlərin az qismi satılıb. Təşkilatçı isə məcbur qalaraq vaxtı uzadıb və məkanı dəyişib. agamiraz

İlham Əliyev Putinə zəng etdi

Azərbaycan prezidenti İlham Əliyev martın 19-da Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Rusiya prezidentini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Rusiya Federasiyası Vladimir Putinin rəhbərliyi ilə müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edib, eyni zamanda, Rusiya-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bir daha Vladimir Putinə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Vladimir Putin öz növbəsində qeyd edib ki, qarşılıqlı inam əsasında qurulmuş və bir çox sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf...

UEFA-nın Azərbaycandakı nümayəndəsi: "Şübhə yaradan bəlli futbolçular var"

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılovun “Report”a müsahibəsi... - Martın 7-də keçirilmiş AFFA-nın Hesabat Konfransında danışılmış oyunlarla bağlı email ünvanının açıldığı elan olundu. Ötən müddət ərzində elektron poçta məktub daxil olub? - Hələlik oyun@affa.az ünvanına məlumat daxil olmayıb. Amma biz insanların məlumatlarını bizimlə bölüşmələrində maraqlıyıq. Daxil olan istənilən məlumat tərəfimizdən araşdırılacaq. AFFA ictimai qurumdur. Danışılmış oyunlar ümumi işimizə xələl yetirir. Bu cür hallara qarşı birgə mübarizə aparmalıyıq. İctimaiyyətin fikrinə önəm verdiyimiz üçün bu e-maili açmışıq. İstənilən şəxs danışlmış oyunlarla bağlı hər hansı məlumatı bura göndərə bilər. Həmin şəxslərin anonimliyi təmin olunacaq. Yaxşı olar ki, məktubda yer alan şübhələr əsaslı olsun. Məsələn, hansısa video əlavə edilsin. - UEFA-dan gələn məlumatlar və e-mailə daxil olacaq məktublar öz yerində, AFFA özü daxili araşdırmanı hansı formada aparır və ...

Bu vədələrin aktual söhbəti: baş nazirin yaşı...

Bu mövzunun hər il bu vaxtlar, mart ayının ortalarında aktuallaşması artıq ənənə şəklini alıb. Azı 15 ildir ki, belədir. Hər il mart ayının bu vədəsində parlamentin plenar iclasında hökumətin hesabatı dinlənilir və mütləq baş nazir Artur Rasi-zadə ilə bağlı söhbət böyüyür. Bu 15 ildə elə illər olub ki, baş nazirimiz parlamentdə hesabat məruzəsi ilə çıxış etməyib, bunu onun əvəzindən müavinlərindən biri edib. Ancaq bunun cənab Rasi-zadə ilə bağlı söhbətlərin, hətta yazıların intensivliyinə dəxli olmayıb. Baş nazir parlamendə çıxış etməyəndə də, bir çoxları diqqəti onun ahıllığına, artıq deputatlar qarşısında ayaq üstə çıxış etmək iqtidarında olmadığına yönəldiblər. Artur müəllim öz gümrah görünüşü ilə deputatların qarşısına çıxıb hazır məruzəni oxuyanda da ritorika dəyişməyib. Bu dəfə diqqət mərkəzinə onun nitq üslubu gəlib. Bu, hər kəsə bəlli həqiqətdir, Azərbaycanın baş naziri uşaqlığından rus dilində təhsil alıb, təhsilini rus dilində davam etdirib, sovet dövründən ta in...

D.Baxçalı yenidən MHP sədri seçilib

Bu gün Milliyətçi Hərəkat Partiyasının (MHP) XII Qurultayı keçirilib. APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Dövlət Baxçalı yenidən MHP sədri seçilib. D. Baxçalı 1169 qurultay nümayəndəsindən 1167-nin səsini alaraq 9-cu dəfə MHP sədri seçilib.