Skip to main content

Posts

Showing posts from August, 2017

Ekoloji mühitə ziyan vuranlara qarşı mübarizə davam etdirilir

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. agamiraz bildirir ki, Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbə sakininin “Bulaq” restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciəti əsasında həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalarla müəyyən edilmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib. Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyind...

ABŞ Çini 301-ci maddə ilə əzmək istəyir

ABŞ prezidenti Donald Trampın ətrafında Çinlə başlana biləcək yeni ticarət müharibəsinin detalları müzakirə olunmaqdadır. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ bununla bağlı ötən əsrin 70-ci illərin qanunlarından istifadə etmək niyyətindədir. Qərb mətbuatının bildirdiyinə görə, hər şey ABŞ və Çinin Şimali Koreya məsələsində uzlaşmasından asılı olacaq. Mətbuatın bildirdiyinə görə, Ağ Ev bununla bağlı aparılacaq ticarət danışıqlarında Robert Laythayzerin xidmətindən yararlanmaq niyyətindədir. Bundan başqa, ABŞ 1974-cü ildə qəbul edilən ticarət haqqında qaununun 301-ci maddəsini Çinə tətbiq emtəyi düşünür. Əgər aparılan təhqiqat zamanı Çin tərəfindən ticarət qanunlarının pozulduğu (dempinq, dövlət subsidiyası, intellektual mülkiyyətin oğurlanması) aşkar edilərsə, o zaman Pekinə qarşı birtərəfli tədbirlərin tətbiqi qaçılmaz olacaq. Bunların içində rüsumların qaldırılması və ABŞ-da ticarət aparmaq üçün lisenziyaların ləğvinə qədər hər şey var. Mətbuat 1...

Şimali Koreya böhranı: “Atəş və qəzəb”dən sonra nə baş verə bilər?

ABŞ və Şimali Koreya arasında başlayan söz müharibəsi onu göstərir ki, Kim Çen İnin təbliğat maşını  dayanmadan çalışmaqdadır. BMT-nin sanksiyalarına “min qat” artıq cavab verəcəyini elan edən rəsmi Pxenyan, maraqlıdır ki, Donald Trampın “atəş və qəzəb” sözlərindən sonra nə reaksiya verəcək? ABŞ-nin keçmiş dövlət katibinin assistenti işləmiş Pj Kouley bu barədə BBC-yə yazıb. Onun fikrinə görə ilk olaraq əvvəlki təcrübələrə nəzər yetirmək lazımdır. agamiraz bildirir ki, Şimali Koreya ətrafında gedən terminologiya keçmişdə olduğu kimi işlənir. 1953-cü ildə müharibənin qurtarması üzdə düşmənçiliyin də sonlandığını göstərdi. Lakin reallıq onu göstərir ki, iki ölkə arasında düşmənçilik davam edir. 1994-cü ildə Pxenyan beynəlxalq müfəttişlərin nüvə bazalarının monitorinqini aparmalarına icazə vermədi. Monitorinq Nüvə Silahlarının Yayılmaması haqqında müqaviləyə əsasən aparılacaqdı. Bu hadisə ABŞ və Şimali Koreya arasında müharibənin başlamasına səbəb olacaqdı. Yaranmış böhran ...

Ordudan qayıdan erməni əsgərlər öldü

Avqustun 6-da Ermənistanın Ararat vilayətində yol qəzası baş verib. agamiraz bildirir ki, Erməni KİV-ləri xəbər verir ki, saat 23:30 radələrində Nor Xarberd kəndinin sakini 32 yaşlı Mher Pandunts idarə etdiyi "Toyota Vitz" markalı 34 OV 524 nömrəli avtomobillə qəza törədib. Qəza nəticəsində 20 yaşlı Mkrtıç Nacaryan və onun həmyaşıdı Mesrop Sayadyan ölüb. Məlum olub ki, qəzada ölən gənclər bu yaxınlarda Ermənistan ordusundaN hərbi xidmətdən qayıdıblar.

Sabah bu ərazilərdə qaz olmayacaq

Bakının Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. agamiraz bildirir ki, “Azəriqaz” İB-dən  verilən məlumata görə, avqustun 5-də saat 10:00-dan işlər başa çatanadək SOCAR-ın “Qaz İxrac” İdarəsinin balansında olan diametri 700/500 millimetrlik “Qaradağ-Digah-Hövsan” magistral qaz kəmərinin 27-ci kilometrində yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Sulutəpə”, “Alatava” və “Təzə Qanlı Göl” qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq. Təmir müddətində Bakının Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. Aparılan təmir işlərinin Nəsimi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı, xüsusilə diqqətli olmalarını və texniki...

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Neft Fondundan açıqlama: Azərbaycan qızıl ehtiyatını satmayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatının satılması ilə bağlı xəbərlərə münasibət bildirib. ARDNF-dan  agamiraz  -a verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib: “Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”.

Təhsil Nazirliyindən müəllimlərin narazılıqlarına MÜNASİBƏT

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən bəzi namizədlərin narazılıqlarına münasibət bildirib.   APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov deyib ki, müəllimlərin problemi, söz-söhbəti, narazılığı nə imtahanda, nə də imtahandan sonra bitir. O bildirib ki, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirir, çanta və mobil telefonları qoymaq üçün yer olmamasından şikayətlənirlər: “Narazı namizədlərin iddiası zallardakı sarı kartlı masalarla bağlı da olub. İddiaya görə, guya tapşırılanlar həmin masada oturdulur və onlara cavablar ötürülür. Cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur. Sarı kartlı masaların fərqləndirilməsinə gəlincə, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb, digər sarı kartda bitir. Sarı kart könüllülərin nəz...

Damla “beh” alıb, toya gəlmədi

Tanınmış müğənni Damla toy üçün ev sahibindən "beh” alıb, son anda toya gəlməyib. agamiraz  xəbər verir ki, bu haqda azxeber.com-a Masallı rayon sakini Elbrus Nurullayev məlumat verib. Onun dediyinə görə, oğlunun toyunu idarə etmək üçün Damlanın prodüserinə 600 AZN "beh” verib: "İyul ayının 27-də Masallı rayonunun Qızılağac kəndində oğlumun toyu oldu. Toyu idarə etməyi müğənni Damlaya tapşırmaq qərarına gəldik. Onun prodüseri ilə danışıb 600 manat "beh” verdik. Ancaq toyun başlamasına bir neçə dəqiqə qalmış hər birimiz şoka düşdük. Müğənninin prodüseri dedi ki, toya gələ bilməyəcəyik”. Ev sahibi deyir ki, müğənniyə bütün toyu idarə etmək üçün 4 min AZN verəcəklərmiş: "Biz ona bütün toyu idarə etmək üçün 4 min manat verəcəkdik. Toya bir neçə dəqiqə qalmış Damla mərasimə gəlmədi və mən çıxılmaz vəziyyətdə qaldım. Məcbur olub, gedib, başqa müğənni tapdım. Bu, mənə çox böyük zərbə oldu”. Damlanın prodüseri Mehin Əliquliyevanın sözlərinə görə, bu cür ha...

Sabah hava necə olacaq?

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. agamiraz bildirir ki, Havanın temperaturu gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° , gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.

Saakaşvili Polşaya getdi

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.    Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.

Rusiya vətəndaşları kütləvi şəkildə xarici valyuta almağa başlayıblar

Rusiya vətəndaşları ABŞ dolları və avronun məzənnəsinin artmasından sonra kütləvi şəkildə xarici valyuta almağa başlayıblar. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, valyutaya tələbat tətil mövsümündəkindən belə çox olub. agamiraz bildirir ki, Rusiya “Binbank”ının konvertasiya əməliyyatları üzrə mərkəzinin direktoru Stanislav Makarov bildirib ki, iyulda gündəlik nağd mübadilə iyunla müqayisədə təxminən 10% artıb. “Rusiya standartı” bankından isə deyiblər ki, valyuta tələbatın həcmi mövsümi amillərdən asılıdır: "Yayda məzuniyyətlər çoxalır və nəticədə vətəndaşların valyuta alışında fəallıq müşahidə olunur". Ekspertlər dollar və avro almağa marağın da artacağını və ilin sonuna qədər Amerika valyutasının məzənnəsinin 60-65 rubl, avronun məzənnəsinin isə 69-73 rubl olacağını proqnozlaşdırırlar. agamiraz