Skip to main content

Posts

Showing posts from September, 2017

“Qarabağ” “mavi gözlü əzrayıl” a qarşı

Qarabağ” bu gün ən çətin oyununa çıxacaq, qapımızı möhkəm qoruya bilməsək... Bu gün Çempionlar Liqasındakı  təmsilçimiz “Qarabağ” ilk dəfə olaraq İspaniya təmsilçisi ilə qarşılaşacaq. “Qarabağ” “Roma” ilə oyunda yaxşı təsir bağışladı, Dinonun son dəqiqədə  başla vurduğu top qapıya girsəydi bu gün  oyuna bilet tapmaq olmazdı. “Qarabağ” fəxrimizdi, yaxşı klubdur, amma hələ Çempionlar Liqasının havasına təzə öyrəşir, bu yaxşı praktikadır. Gələn il ÇL düşmək indikindən iki dəfə çətin olacaq, amma ümid edək ki, “Qarabağ” növbəti mövsümdə indikindən daha yaxşı oynayacaq. “Atletiko” həm “Roma”dan, həm “Çelsi”dən çətin rəqibdir, daha doğrusu, məkrli klubdur. Bu klubun sürətli hücumları “Roma” ilə müqayisə oluna bilməz. Məncə “Qarabağ” bu gün ən çətin oyununa çıxacaq. Qapımızı möhkəm qoruya bilməsək, ağır məğlubiyyət də ola bilər. Bəs qələbə? Optimistlər bu yerdə deyir ki, “top yumrudur, ”vallahı-billahı" yoxdur". Realistlərdə isə “amma o topu qapıya da düzgün vurasan gərək...

BVF: Azərbaycanda iqtisadi durum yaxşılaşır

"2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul istehsalı 1% azalacaq". "APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2015-2016-cı illər ərzində Azərbaycan hökuməti tərəfindən görülən müvafiq tədbirlərdən sonra iqtisadi durum yaxşılaşmağa başlayıb: "Biz artıq monetar stabillik müşahidə edirik. Buna baxmayaraq, inflyasiya hələ də ikirəqəmli səviyyədədir. Bu göstərici birrəqəmli olmalıdır. Pul siyasətinə gəlincə, Azərbaycan bunun vasitəsilə stabilliyi təmin edə bilər. Noyabr ayının sonunda bizim missiyamız bir daha ölkəyə səfər edəcək. Bu zaman isə mövcud vəziyyət, o cümlədən 2018-ci illə bağlı büdcə göstəriciləri, proqnozları müzakirə edəcəyik". Təşkilat rəsmisi qeyd edib ki, BVF Azərbaycanla əməkdaşlığı iki istiqamətdə həyata keçirir: "Bu istiqamətlərdən biri iqtisadi siyasətlə bağlı məs...

Prezident Cocuq Mərcanlıya pul ayırdı -SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 13-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” sərəncam imzalayıb. Musavat.com-un AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.

Kabildə stadion yaxınlığında parlayış

Əfqanıstanın paytaxtı Kabildə stadion yaxınlığında partlayış törədilib. Trend-in məlumatına görə, hadisə kriket matçı davam edən zaman baş verib. Hələlik partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib. İnsidentlə bağlı başqa detallar hələ açıqlanmayıb. agamiraz

Ərdoğandan Astanada açıqlama: 5 milyard…

Ankara və Astana qarşılıqlı ticarət səviyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır. Axar.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, iki ölkə arasında olan ticarət səviyyəsi bu gün 2 milyard dollar təşkil edir: "Düşünürəm ki, bu, son rəqəm deyil. Belə ki, bizim məqsədimiz ticarət səviyyəsini 5 milyarda yüksəltməkdir. Bunun üçün Qazaxıstanın da, Türkiyənin də yetərincə potensialı var. Biz nəinki ticarət, həm də iqtisadi, mədəni, siyasi, hərbi məsələlərdə də əməkdaşlığımızın inkişafına can atacağıq". Qeyd edək ki, Astanada Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə İslam Əməkdaşlıq Şurasının Elm və Texnologiya üzrə sammiti keçiriləcək. Bununla bağlı Türkiyə Prezidenti Ərdoğan ötən gün Astanaya səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin isə Qazaxıstan səfəri bu gün başlayıb.

Azərbaycan ABŞ-ı hədələdi - Günün sensasiyası

"Azərbaycan" qəzetinin sonuncu sayında "ABS-da Obama dövrunun stereotipləri yaşayır" başlıqı yazı dərc edilib. **** Musavat.com həmin yazını təqdim edir: Son günlər Qərbin müəyyən dairələrinin Azərbaycana qarşı sanksiyalaşdırdığı yeni qarayaxma kampaniyası fonunda ABŞ-Azərbaycan əlaqələrinin perspektivinə kölgə sala biləcək proseslərin cərəyan etdiyi müşahidə olunur. Sentyabrın 4-də - eyni gündə “The Washington Post” və “The Guardian” nəşrlərində sifarişlə dərc olunmuş iki məqalə yeni hücum üçün siqnal oldu və dərhal “5-ci kolon” da daxil olmaqla nəhəng “diskreditasiya maşını” işə düşdü. Müxtəlif beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin tənqidi reaksiyası ənənəvi sxem üzrə Azərbaycanın növbəti dəfə hədəfə götürüldüyünə heç bir şübhə yeri qoymadı. Sentyabrın 7-də Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyanatla çıxış edərək hazırda həbsdə olan “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılması...

Məktəbli ləvazimatları valideynlərin cibini “yandırır” - Qiymətlər

Bir uşağı məktəbə yola salmaq valideynlərə azı 200 manata başa gəlir… Yeni tədris ilinin başlamasına 10 gün qalıb. Övladını məktəbə yola salacaq valideynlər son hazırlıqlarını görür, yarımçıq qalmış məktəb alış-verişini tamamlayır. Adətən dərs başlamağa sayılı günlər qalanda məktəbli ləvazimatlarının qiymətlərində artım müşahidə edilir. Bu sahədə son vəziyyəti öyrənmək üçün “28 may” metro stansiyası yaxınlığındakı məktəbli yarmarkasına baş çəkdik. İlk olaraq alıcıların azlığı diqqətimizi cəlb etdi. Görünür ki, bir çox valideynlər artıq bazarlıqlarını ediblər. Qiymətlərə gəlincə məktəbli çantaları 15-130 manat arası, 12 vərəqli dəftərlər 15 qəpik, 40 vərəqli dəftər 35 qəpik, 60 vərəqli dəftər isə 55 qəpiyə satılırdı. Rəngli karandaşların qiyməti 2-8 manat arasında dəyişirdi. Penalar 2-6 manat arasında dəyişirdi. Məktəblilər üçün su qabı isə 2 manatdan başlayır. Qiymətlər məhsulların Türkiyə və ya Çin istehsalı olmasına görə dəyişir. Satıcılar digər yerlərlə yarmarkadakı qiymə...

Sabah güclü yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə  22-25°, günün birinci yarısında 28-33°, axşam 24°-dək isti, Bakıda gecə  23-25°, günün birinci yarısında 31-33°, axşam 24°-dək isti olacaq. Atmosfer təzyiqi 753  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.  Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 7-si gündüzdən 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Azərbaycanın rayonlarında səhər şimal və şərq rayonlarından başlayaraq, bəzi yerlərdə şimşə...

Türkiyədə kəşfiyyat idarəsinin binasına hücum etməyə çalışan terrorçu zərərsizləşdirilib

Türkiyə polisi ölkənin cənubunda yerləşən Mersin şəhərində Milli Kəşfiyyat Təşkilatının (MİT) yerli idarəsinin binasına hücum hazırlayan terrorçu-kamikadzeni zərərsizləşdirib. "Report" DHA-ya istinadən xəbər verir ki, əynində intihar kəməri olan terrorçu MİT binasına girmək istəsə də, mühafizəçilər sayıq tərpənərək atəş açıb. Partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə işlər davam edir. agamiraz