Skip to main content

Posts

Showing posts from November, 2017

Atəşkəs bu gecə də pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Kürdlər, Horadiz, Cəbrayıl rayonun...

Neftimiz ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,34 dollar və yaxud 0,52% azalıb.  "Azeri LT CIF"  xəbər verir ki, markalı neftin qiyməti 65,63 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəzərin buz rejimi dəyişib

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin buz rejimi son on illiklər ərzində dəyişib. BakuPost.az -ın Trend-ə istinadən məlumatına görə, bir qrup mütəxəssisin bununla bağlı apardığı tədqiqatların nəticəsi Mərkəzi Asiya Su Tədqiqatları jurnalında dərc edilib. Məqalədə qeyd olunur ki, 1950-60-cı illərdə qeydə alınmış sərt qış mövsümlərini son on illiklərdə daha mülayim qış əvəz edib: "1990-cı ildən başlayaraq, soyuq dövrdə temperaturun 1,1-1,3 dərəcə artması Xəzər dənizinin buz rejiminə mənfi təsir göstərib”. Müəlliflər qeyd edir ki, ötən əsrin ortalarından başlayaraq bu günədək temperaturun artımı tendensiyasını müşahidə etmək olar: "1980-2016-cı illər arasında buz qatının qalınlığının təhlili buzun qalınlığının azalma tendensiyasını göstərir”. Müəlliflərin fikrincə, iqlim dəyişikliyinin dənizdəki buz qatına təsiri daha çox olacaq və bu amilin tədqiq olunması davam etməlidir: "İqlim istiləşdikcə buzda çatlar və parçalanmalar daha da çoxal...

Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. agamiraz  xəbər verir ki, sərəncamda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif edilsinlər: Paşayeva Gülşən Məmmədəli qızı Allahyarova Tahirə Bəkir qızı Vəliyev Cavid İsmayıl oğlu

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksinin açılışını edib

Prezident İlham Əliyev Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib. Dövlət başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verdi ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir. Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 ot...

Gəncədə qatar 51 yaşlı qadını vurub

Gəncə şəhərində 51 yaşlı qadını qatar vurub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızı dəmir yolu xətti üzərindən qarşı tərəfə keçərkən baş verib.   Ağır kəllə-beyin travması alan qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.  Faktla bağlı araşdırma aparılır.

Trampın otağına 5 fahişə göndərmək istəyən kim olub?

ABŞ prezidenti Donald Trampın 2013-cü ildə Araz Ağalarovla birlikdə “Kainat Gözəli” müsabiqəsi keçirmək üçün Moskvaya səfəri zamanı rusiyalı təşkilatçılardan birinin onun otağına beş fahişə göndərmək təklifi barədə Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsində danışılanlar qalmaqal yaradıb. Xatırladaq ki, komitədə keçirilən qapalı dinləmələr zamanı Trampın keçmiş cangüdəni Keyt Şiller Moskvada rusiyalı təşkilatçılardan birinin ona axşam Trampın “Ritz Carlton” otelindəki nömrəsinə beş qadın göndərəcəyini dediyini açıqlayıb. Lakin Şiller deyib ki, o, dərhal bu təklifi rədd edib. Habelə axşam bu barədə Trampa danışanda onun güldüyünü, təklifə əhəmiyyət vermədiyini deyib. Ancaq keçmiş cangüdən bildirib ki, bütün gecəni Trampın qapısı ağzında növbə çəkməyib və bu səbəbdən otaqda nə baş verdiyindən əmin deyil. Şillerin bu ifadəsini NBC telekanalına sızdırıblar. Telekanala təqdim etdiyi bəyanatda onun vəkili Stuart Sears onun müştərisinin Konqresə verdiyi məxfi informasiyanı...

UNEC-də elmi tədqiqata maraq artıb-FOTOLAR

Noyabrın 10-da UNEC-də Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunan “Elm aylığı”nın yekun tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, rektor, professor Ədalət Muradov tədqiqatyönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-in təhsil, tədqiqat və sahibkarlıq elementlərini özündə ehtiva etdiyini bildirib. “Elm aylığı” çərçivəsində qarşıya qoyulan vəzifələrə nail olunduğunu, tədqiqatların keyfiyyətinin artırıldığını diqqətə çatdıran rektor, bu istiqamətdə xüsusi olaraq Rus İqtisad Məktəbinin fəaliyyətini yüksək qiymətləndirib. Ə. Muradov UNEC-də aparılan elmi tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsinin və elm aləmini maraqlandıran mövzuların mütəmadi müzakirəsinin vacibliyini vurğulayıb. UNEC-də həyata keçirilən üç elmi tədqiqatın universitetin büdcəsindən maliyyələşdiriləcəyini bildirən rektor, təhsilin keyfiyyətinin artım dinamikasına da diqqət çəkib. UNEC-in elmi potensialını yüksək qiymətləndirən rektor, Bilik İqtisadiyyatı Konsepsiyasının məhz b...

Livan prezidenti sabiq baş nazir Həririnin ölkəyə qayıtmasını tələb etdi

Livan prezidenti Mişel Avn Səudiyyə Ərəbistanının səfiri ilə görüş zamanı istefa vermiş baş nazir Saad Həririnin ölkəyə qayıtmasını istəyib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb. Məlumata görə, Avn səfirə baş nazirin istefa şərtlərinin qəbuledilməz olduğunu deyib. Qeyd edək ki, Livanın baş naziri Səid Həriri İranın ona qarşı sui-qəsd hazırlamasını səbəb göstərərək, Səudiyyə Ərəbistanında istefa qərarını açıqlamışdı. Livan mətbuatı isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı.

Yeni lüğətdə "stress"in "stres, "ədəbiyyat"ın "ədəbiyat" kimi yazılması təklif olunur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub. İclasda çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır. Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib. İrəli sürülən təkliflər içərisində sözün sonunda işlənən qoşa ss samitlərindən yalnız birinin yazılması (boss-bos, stress-stres, ekspress- ekspres), -“iyyət” şəkilçisinin yazıda “-iyət” kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması müzakirəyə çıxarılıb. Tərkibində “ilə” qoşması olan sözlərin (etibarilə, münasibətilə, tamamilə) bitişik yazılması da diqqətə çatdırılıb. Qeyd edilən tək...

"Neymarsız oynamaq mənə daha rahatdır"

"Barselona"nın futbolçusu Xordi Alba sabiq komanda yoldaşı Neymarın PSJ-yə keçidinə maraqlı şərh verib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Neymarın gedişindən sonra daha rahat oynadığını bildirib: "Neymar möhtəşəm oyunçudur. Ancaq bizim indi də güclü heyətimiz var. Neymarın gedişindən sonra mənə "Barselona"da oynamaq daha rahatdır. İndi daha irəli gedirəm. Özümə güvənim artıb". Qeyd edək ki, bu mövsüm La Lqiada 9 oyuna çıxan ispaniyalı müdafiəçi 5 qol ötürməsi edib.

Ermənistan ordusunun zabitini döyərək xəstəxanalıq etdilər

İşğalçı Ermənistan ordusunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində daha bir ağır cinayət hadisəsi qeydə alınıb. Alayın zabiti kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır. agamiraz

Bu sözlərin yazılışı dəyişilə bilər – Siyahı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib. i nstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub. İclasda çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır. Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib. İrəli sürülən təkliflər içərisində sözün sonunda işlənən qoşa sssamitlərindən yalnız birinin yazılması (boss-bos, stress-stres, ekspress- ekspres), -“iyyət” şəkilçisinin yazıda “-iyət” kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması müzakirəyə çıxarılıb. Tərkibində “ilə” qoşması olan sözlərin (etibarilə, münasibətilə, tamamilə) bitişik yazılması da diqqətə çatdırılıb. Qeyd edilən ...

Xodorkovski Sobçaka pul vermədi

Rusiyalı sahibkar, ictimai xadim və publisist Mixail Xodorkovski Kseniya Sobçakın seçki kompaniyasına pul yatırmaqdan imtina edib. Axar.az xəbər verir ki, bu barədə "Novaya Qazeta" məlumat yayıb. "Hesab edirəm ki, bu seçkilər seçkisizdir. Ona görə də belə bir kampaniyanın maliyyələşdirilməsinin heç bir mənası yoxdur. Sobçak Kremlin razılığı ilə siyasi rolunu oynayır", - deyə o bildirib. Qeyd edək ki, bundan öncə Sobçak özünün və razılaşdıqları iş adamlarının pulunu seçki kampaniyasına cəlb etməyə hazır olduğunu söyləmişdi. agamiraz